Hazır saç baxımı biznesi satılır
Türkiyə istehsalı, premium saç baxımı istiqamətində hazırlanmış hazır biznes layihəsidir.
Biznes artıq məhsulun hazırlanması, qablaşdırılması, brend konsepsiyası və salon satış istiqamətində müəyyən mərhələləri keçib. Hazırda biznesi davam etdirmək və böyütmək istəyən şəxsə tam paket şəklində təhvil verilə bilər.
BİZNES PAKETİNƏ DAXİLDİR
• Hazır məhsul qalığı
• Brend və məhsul konsepsiyası
• Hazırlanmış satış modeli
• Salonlarla qurulmuş əlaqələr və potensial əməkdaşlıq istiqamətləri
• Salonlara məhsul təqdimatı üçün hazırlanmış materiallar
• Məhsul haqqında satış və təqdimat məlumatları
• Təchizatçı və istehsal istiqaməti üzrə mövcud əlaqələr
• Sosial media və reklam üçün hazırlanmış kontent ideyaları
• Mövcud satış təcrübəsi və müştəri rəyləri
• Biznesin gələcəkdə digər kosmetik məhsullarla genişləndirilməsi imkanı
ƏSAS ÜSTÜNLÜKela
Alıcı sıfırdan məhsul yaratmaq, brend düşünmək və bazara çıxmaq mərhələlərini keçmədən hazır layihəni davam etdirə bilər.
Hazırda saç baxımı məhsulu üzərində qurulub və gələcəkdə üz, bədən və digər kosmetik məhsullarla genişləndirilə biləcək brend konsepsiyasına malikdir.
KİM ÜÇÜN UYĞUNDUR?
• Kosmetika biznesinə daxil olmaq istəyən sahibkarlar
• Gözəllik salonu və salon şəbəkəsi sahibləri
• Kosmetika distribusiyası ilə məşğul olan şəxslər
• Hazır məhsul və satış kanalı üzərindən biznes qurmaq istəyən investorlar
SATIŞ SƏBƏBİ
Biznesin şəxsi iş planının dəyişməsi səbəbindən layihənin davam etdirilməsi üçün yeni sahibinə təhvil verilməsi nəzərdə tutulur.
Ətraflı məlumat, məhsul sayı, biznesə daxil olan aktivlər və satış şərtləri ciddi maraqlanan şəxslərlə fərdi şəkildə müzakirə olunur.
Hazır biznes. Hazır məhsul. Hazır başlanğıc.