Prayk
Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist — Maliyyə, Bakı
Negotiable

Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist

OriginalToday
City
Bakı
Category
Finance
Date
Views
2
Number
№5888738

Description

Şirkətin maliyyə və kredit portfeli üzrə gündəlik, həftəlik və aylıq hesabatlarını hazırlamaq və təhlil etmək;Maliyyə göstəricilərini təhlil edərək kənarlaşmaları, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək;Kredit portfelinin keyfiyyətini, gecikmiş kreditləri (PAR), problemli kreditləri (NPL) və digər əsas risk göstəricilərini izləmək və qiymətləndirmək;Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq, hesabatlarda aşkar edilən səhvlərin səbəblərini araşdırmaq;Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmaması üçün konkret düzəliş və təkmilləşdirmə təklifləri hazırlamaq;Faktiki göstəriciləri əvvəlki dövrlərlə və plan göstəriciləri ilə müqayisə etmək, dəyişikliklərin səbəblərini izah etmək;Rəhbərlik üçün analitik hesabatlar hazırlamaq, əsas riskləri və tələb olunan tədbirləri təqdim etmək;Müvafiq struktur bölmələri ilə birlikdə aşkar edilmiş problemlərin həlli prosesini izləmək. Tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində ən azı 2 il müvafiq iş təcrübəsi;Maliyyə göstəricilərini təhlil etmək, uyğunsuzluqları və riskləri müəyyənləşdirmək bacarığı;Kredit portfelinin əsas göstəriciləri, o cümlədən PAR və NPL haqqında bilik;MS Excel proqramında sərbəst işləmək, mürəkkəb formullar, Pivot Table və məlumatların təhlili alətlərindən istifadə bacarığı;Problemlərin səbəblərini müəyyənləşdirmək və əsaslandırılmış həll yolları təklif etmək bacarığı;Bank, BOKT və ya digər maliyyə təşkilatında iş təcrübəsi üstünlükdür;Analitik düşüncə, dəqiqlik və müstəqil işləmək bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: AQA Şirkətlər Qrupu Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/agagroup/agagroup-hesabatlar-uzre-mutexessis-reporting-specialist-54861488/apply
ADVERTISEMENT