Satılır - Honor Pad X9
Yaddaş - 4/64GB (əlavə yaddaş kartı taxmaq üçün yeri var)
GSM - LTE versiyadır. Nömrə taxıb işlədə bilərsiz və qeydiyyatdan keçib.
Ekran - 11.5
Planşet ideal vəziyyətdədir və təzədən fərqi yoxdur. Karopkasının salafanı belə çıxarılmayıb. Tam təzə kimi ideal vəziyyətdədir. 5-6 dəfə istifadə edilib. Nömrə və yaddaş kartı qətiyyən taxılmayıb. Adaptoru və kabeli qətiyyən istifadə edilməyib (şəkillərə baxın).
Ekranına 15 manatlıq şüşə üzlük vurulub və 25 manatlıq kitabça qabı da alınıb və üstünə alana hədiyyə verəcəm. Yəni xərciniz ancaq planşeti almaq üçün çıxacaq. Ekran şüşəsi və kitabça qabı hazırdı. Əlavə məlumat şəkillərdə var ordan baxa bilərsiz.
Oyun oynamaq üçün ideal deyil. Əsasən online dərslər və sosial şəbəkələrdən istifadə etmək üçün idealdır.
Barter edilmir.
Qiymətində biraz aşağı yeri var.
Bu səhifəyə tez-tez girmədiyim üçün burdan mesaj yazmayın baxmıram. Zəng edin vəya whatsapp yazın. Xahiş edirəm ki, elanı diqqətlə oxuyun çünki bütün məlumatları burda və şəkillərdə qeyd etmişəm ona görə də qeyd etdiyim məlumatları zəng ya mesaj vasitəsilə təkrar verməyin zəhmət olmasa.
Təşəkkür edirəm.