
Bakı29
Hüquq və İnsan resursları şöbəsi- Hüquqşünas
Hüquq və İnsan resursları şöbəsi- Hüquqşünas
700 ₼
Verified1 months ago
Description
Əlaqə nömrəsi: 0123770770 - daxili nömrə: 257
Vəzifə öhdəlikləri:
1. Şirkətin bütün siyasət və prosedurların tələblərinin yerinə yetirilməsi və ona riayət etmək;
2. Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq; sənədlərin layihələrin uyğunlaşma mərhələsinə riayəti məsul işçilər ilə yoxlamaq; sənədlərin layihələrinə icazənin verilməsi;
3. Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olması; Müqavilə layihələri
üzrəixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
4. Zəruri hallarda Şirkət işçilərin işdən azad olunması və ya digər işə keçirilməsi, işçilərin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan
resursları menecerinə köməklik etmək;
5. Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
6. Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
7. Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
8. Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
9. Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi;
10. Potensial müştərilər ilə razılıq və danışıqların bağlanma prosesində istirak (rəhbərlik tərəfindən tələb olunduğu halda);
11. Tam məxfiliyə riayət edilməsi (heç bir daxili sənəd və ya onun surəti rəhbərliyin icazəsi olmadan Şirkətin ofisindən kənar çıxardıla bilməz):
12. Ona məlum şirkətin siyasətinin və prosedurunun pozulması, digər işçilər tərəfindən suistifadə və dələduzluq faktının olması haqqında dərhal rəhbərliyə məlumat verir;
13. Şəxsi məqsədlər və ya şəxsi ehtiyacların qarşılanması üçün şirkətin maddi və material vəsaitlərindən istifadə etməmək;
14. Şirkətin mövcud siyasəti və ya rəhbərliyində əks olunmayan hərəkətləri birbaşa rəhbərlər ilə razılaşdırmaq;
15. Hüquqşünasın fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
Maaş: 700-1000 AZN
Yaş: 20-45
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Listing source
Open the original listing© ADSEA Regional Su Meliorasiya Xidməti boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT













