Prayk
Hyundai Elantra, 2 L, 2017, 68 400 km — Avtomobillər, Bakı
26 500 ₼

Hyundai Elantra, 2 L, 2017, 68 400 km

More expensive than most similar listings
The average price of 15 similar listings is 23 400 ₼ — this one is about 3 000 ₼ (13%) more expensive.
This listing
cheapermost similar listingspricier
Most similar listings fall in this range: 22 500 ₼ – 23 700 ₼
You could offer the seller 23 400 ₼ — roughly the average price of similar listings.
61Listing scoreFair deal61 out of 100 — based on price, listing history and seller data.See how it is scored
For saleAnalyzedUsed2 days ago
City
Bakı
Category
Cars
Brand
Hyundai
Model
Elantra
Year of manufacture
2017 il
Mileage
68400 km
Engine volume
2 L
Transmission
Automatic
Body type
Sedan
Color
Silver
Fuel type
Petrol
Engine power
150 a.g.
Drivetrain
Front
Number of seats
5
Assembled for market
America
No accidents
Yes
Not repainted
Yes
Date
Views
7
Number
№5096934

Description

Avtomobil öz şəxsi maşınımdır, ailə üçün istifadə olunub. 68 400 km orijinal yürüşü var. Amerikadan 13 000 km yürüşlə alınıb. Maşına həmişə xüsusi diqqətlə qulluq etmişəm, heç bir xərcindən qaçmamışam. Vəziyyəti çox yaxşıdır, heç bir problemi və əlavə xərc tələb edən yeri yoxdur. Texniki vəziyyəti və qulluq: * Mühərrik və sürətlər qutusu əla vəziyyətdədir. * Mühərrik yağı yalnız Avtoklub servisində, hər 5 000 km-dən bir Liqui Moly ilə dəyişdirilib. * 1 000 km əvvəl 800 AZN dəyərində yeni Dunlop Sport Maxx LUX təkərlər alınıb. * Əlavə Nexen qış təkərləri də maşının üstündə veriləcək. * Akkumulyator yenisi ilə əvəz olunub. * Bütün texniki qulluq və dəyişikliklər peşəkar servislərdə, keyfiyyətli ehtiyat hissələri ilə edilib. Maşın bazarında, təsadüfi ustalarda və bokslarda heç vaxt iş gördürülməyib. Limited komplektasiyası: * Kor nöqtəyə nəzarət sistemi * Elektriklə tənzimlənən, 2 yaddaşlı sürücü oturacağı * Klimat-kontrol * Açarsız giriş və Start/Stop * Lyuk (tam işlək vəziyyətdədir, yaxın zamanda mexanizmi yağlanıb) * Zavod Infinity səs sistemi * Böyük monitor, Apple CarPlay və Android Auto * Orijinal LED arxa stoplar * Zavod Limited diskləri * Əlavə Baseus kor nöqtə güzgüləri Əlavə etdirdiyim avadanlıqlar: * Yaxın zamanda Azoom-da 250 AZN dəyərində D5S LED led lampalar quraşdırılıb, faralar peşəkar şəkildə tənzimlənib. * AZDOME GS63H videoregistratoru var, maşının üstündə hədiyyə veriləcək (200 AZN-ə alınıb). * Videoregistrator 360 Kamera mağazasında peşəkar şəkildə quraşdırılıb. Elektrik bağlantılarında qoruyucu və izolyasiyadan istifadə olunub. Maşının zavod elektrik sistemində əlavə müdaxilə və kustar dəyişiklik edilməyib. * Qoruyucu plyonkalarına qədər keyfiyyətli materiallardan istifadə olunub, peşəkar yerdə çəkilib. Salon və ümumi vəziyyət: Salon çox səliqəli saxlanılıb. Oturacaqlarda üzlük var, altındakı orijinal dəri oturacaqlar zavod vəziyyətindədir, cırıq-sökük yoxdur. Sükan da orijinaldır, üzərində heç bir zədə yoxdur. Maşının 2 açarı, ehtiyat təkəri, domkratı, hətta orijinal apteçkası belə yerindədir. Üstündən heç nə çıxarılmayıb. Amerikadan arxa sol arxa hissəsindən yüngül zədə ilə, “Run and Drive” vəziyyətində alınıb. Ağır qəzası olmayıb, hava yastıqlarının heç biri açılmayıb. maraqlanan şəxs VIN kodla yoxlaya bilər. Maşında nə lazımdırsa, vaxtında və ən yaxşısı ilə edilib. Sürətlə sürülən, əziyyət verilən maşın olmayıb. Özüm sakit sürücüyəm, avtomobili əsasən ailəvi istifadə etmişəm. Satış üçün xüsusi hazırlanmış maşın deyil, gündəlik istifadə etdiyim, hər şeyini özüm üçün yaxşı vəziyyətdə saxladığım saz avtomobildir. Təkərlərindən tutmuş yağına, işıq sisteminə qədər heç nəyə qənaət edilməyib. Böyür başı dağılmış, kilomterajı çəkilmiş, şarları atmış Elantra-larla bir tutulmamalıdır. 10 ilin maşınına görə çox əla vəziyyətdədir. Xahiş edirəm, buferdə cızıq axtaranlar və vasitəçilər nə özlərini, nə də məni yormasınlar.

© Elvin turbo.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp