🏠 İcarəyə verilir — 2 otaqlı yeni tikili, 80 m², Əhmədli q (Nargilə Dairəsi)
📍 Xətai rayonu, Ramiz Quliyev küç. 64 (Prezident Aparatının işçiləri üçün tikilmiş keyfiyyətli yeni tikili, A blok)
Xətai rayonunda təmirli və tam əşyalı 2 otaqlı mənzil kirayə verilir!
⚠️ ELANA AİD BÜTÜN MƏLUMATLARIN DİQQƏTLƏ OXUNMASI XAHİŞ OLUNUR
🌇 Mənzilin əsas üstünlükləri
Sakitlik və mənzərə: Pəncərələr uşaq bağçasının həyətinə baxır, önü tamamilə açıqdır. Maşın küyündən uzaq, dinc mühit.
Bina infrastrukturu: Blokda 2 ədəd sürətli Sigma lift fəaliyyət göstərir.
Kommunal: Qaz, su, işıq və CityNet internet xətti daimidir.
İstilik sistemi: Kombi, kondisioner, hamam və tualetdə isti pol.
Geniş mətbəx: Sahəsi böyük olduğundan salon/qonaq otağı kimi də istifadə oluna bilər.
Səliqəli balkon: Salona bitişik, tam plastik pəncərəli və jalüzlü. Paltar asqısı, nərdivan və rəflər mövcuddur. (Qeyd: balkondakı xüsusi əşya dolabı ev sahibinə aiddir, istifadəsi nəzərdə tutulmayıb.)
🔌 Məişət avadanlıqları və əşyalar
Texnika: LG soyuducu (2025 model), Samsung TV, Samsung paltaryuyan, tozsoran, Beko ütü (yeni), Yoshiro su qaynadan (yeni)
Mətbəx: Qab-qacaq, qazan, stəkan və kassa dəstləri ilə tam təchiz olunub
Saxlama: 2 böyük geyim şkafı, 2 daxili ayaqqabı şkafı, dəhlizdə 1 xarici rəf
💰 Kirayə şərtləri
Aylıq kirayə haqqı: 850 AZN (gecikmə olmadan)
Depozit: İlkin ay üçün 50% (425 AZN)
Müqavilə müddəti: Minimum 1 il, rəsmi notariusda təsdiqlənmiş kirayə müqaviləsi əsasında
Əlavə ödənişlər: Bina xidmət haqqı (37.50 AZN), internet (31 AZN), sayğac göstəriciləri (işıq, su, qaz)
Zərərin qarşılanması: Təhvil zamanı evin şəraitinə və avadanlığa vurulmuş zərər çıxış zamanı kirayəçi tərəfindən qarşılanmalıdır
👪 Kimlər üçün nəzərdə tutulub?
Mənzildəki təmiri və əşyaları qorumaq məqsədilə kirayə yalnız aşağıdakı namizədlərə təklif olunur:
-Yeni ailə qurmuş cütlüklər
-Gənc ailələr
-Bacı-qardaş, ana-qız və ya ana-oğul
Yalnız şərtlərlə tam razı olan və uzunmüddətli qalmaq istəyən şəxslərə təklif olunur.
🚫 Qadağandır: Ev heyvanı, qəfəsdə quş, akvariumda balıq saxlamaq.
☎️ Əlaqə qaydası
🔸 Vasitəçilərlə əməkdaşlıq nəzərdə tutulmayıb. Yalnız ev axtaran şəxslərin özlərinin birbaşa əlaqə saxlaması xahiş olunur.