Bakı şəhərinin ən əlverişli və prestijli ərazilərindən birində, İçərişəhər metrosunun yaxınlığında, Nəriman Nərimanov heykəli, Gümüş Plaza, Nazirlər Kabineti və Axundov bağı ətrafında yerləşən arxitektur binanın 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan, 3 otaqlı, təmirli ofis icarəyə təklif olunur.
Ofis həm yerləşdiyi ərazi, həm də funksional planlaşdırılması baxımından müxtəlif biznes və kommersiya fəaliyyətləri üçün olduqca əlverişlidir. Ən böyük üstünlüklərindən biri birbaşa əsas yoldan müstəqil girişinin olmasıdır. Bu imkan həm müştərilərin ofisə rahat şəkildə daxil olmasını, həm də fəaliyyətinizin daha əlçatan olmasını təmin edir.
Ofisin daxilində 3 ayrı otaq, özünə məxsus mətbəx və sanitar qovşaq mövcuddur. Təmirli və istifadəyə hazır vəziyyətdədir. Otaqların ayrı-ayrı istifadəsi iş prosesinin daha rahat təşkilinə, əməkdaşların və rəhbərliyin fəaliyyətinin düzgün bölüşdürülməsinə imkan yaradır.
Məkan şirkət ofisi, IT şirkəti, hüquq və konsaltinq bürosu, nümayəndəlik, layihə ofisi, tədris mərkəzi və digər biznes istiqamətləri üçün münasibdir.
Mərkəzi və tanınmış ərazidə yerləşməsi, metroya yaxınlığı, əsas yoldan birbaşa girişinin olması bu ofisi biznes fəaliyyəti üçün əlverişli seçimə çevirir.
Ofisə baxış keçirmək və ətraflı məlumat almaq üçün real müştərilər əlaqə saxlaya bilər.
Ofis haqqı 30% təşkil edir.
© Şamil bey · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.