Şəhərin ən prestijli ərazilərindən birində, 28 May metrosu, Port Baku və Crescent Mall yaxınlığında yerləşən geniş və komfortlu mənzil kirayə verilir.
Mənzil 21 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 116 kv.m təşkil edir. 3 otaqlı mənzil geniş və funksional planlanması ilə rahat yaşayış üçün ideal seçimdir.
Mənzil yüksək keyfiyyətlə təmir olunmuşdur. Geniş qonaq otağı, rahat yataq otaqları və işıqlı məkanları ilə seçilir. Komfortlu yaşayış üçün bütün şərait yaradılmışdır.
Binada sürətli liftlər, təhlükəsizlik sistemi və rahat həyət mövcuddur. Ərazi baxımından olduqca əlverişlidir. 28 May metrosuna, Port Bakuya, Crescent Mall-a, Dənizkənarı Bulvara, restoranlara, supermarketlərə və digər sosial obyektlərə yaxın məsafədə yerləşir.
Prestijli yerləşməsi, geniş sahəsi və rahat yaşayış imkanları ilə seçilən bu mənzil uzunmüddətli kirayə üçün nəzərdə tutulmuşdur. Real müştəri ilə qiymətdə razılaşmaq mümkündür.
© Rauf Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.