28 May metrosu, 28 Mall, Mərkəzi Bank və Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən müasir yaşayış kompleksində yüksək keyfiyyətlə təmir olunmuş, tam əşyalı 3 otaqlı mənzil uzunmüddətli kirayəyə verilir.Premium brendlərə məxsus mebel və məişət texnikası əla vəziyyətdədir.
MƏNZİLİN ÜSTÜNLÜKLƏRİ
- Geniş və işıqlı qonaq otağı
- 2 rahat yataq otağı
- Tam təchiz olunmuş geniş mətbəx
- Müasir duş kabinəsi olan hamam otağı
- Ayrıca qarderob otağı
- Qapalı və yaşıllıqlı həyət
- 24/7 mühafizə və videomüşahidə
- Metroya, məktəblərə, restoranlara və ticarət mərkəzlərinə yaxınlıq
QİYMƏT VƏ İCARƏ ŞƏRTLƏRİ
- Aylıq kirayə haqqı: 1 500 AZN.
- Vergi, binanın xidmət haqqı (100 AZN/ay) və bütün kommunal xərclər kirayəçi tərəfindən əlavə ödənilir.
- Minimum icarə müddəti: 12 ay.
- Depozit: 1 aylıq kirayə haqqı (1 500 AZN).
Ev heyvanlarının saxlanılması və mənzildə siqaret çəkilməsi yalnız ev sahibinin əvvəlcədən razılığı ilə mümkündür.Ofis xidmət haqqi 30% təşkil edir.
© Sevda x · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.