Kirayə Verilir – 268 m² Premium Mənzil | Sizin Yurd Residence
QARAJ DAXIL 3500MAN
Ceyhun Hacıbəyli küçəsi 194 ünvanında yerləşən Sizin Yurd Residence kompleksində, Gənclik Parkının tam yanında yerləşən 268 m² sahəli premium mənzil. Kompleksdən parka birbaşa çıxış mövcuddur.
* 3 geniş yataq otağı
* Hər otaqda ayrıca hamam və qarderob
* Geniş qonaq otağı və böyük mətbəx
* Ayrı çamaşırxana
* Ümumilikdə 4 hamam otağı və 3 qarderob
* Mənzilə aid 2 qaraj (parking yeri)
Mənzil yüksək keyfiyyətli təmir və avadanlıqlarla təchiz olunub. 2 soyuducu, paltaryuyan, qurutma maşını, qab yuyan maşın, mikrodalğalı soba, elektrik sobası və digər məişət texnikaları daxil olmaqla əsas avadanlıqların əksəriyyəti Bosch markasına məxsusdur. Əlavə olaraq Dreame X40 Ultra robot süpürgəsi mövcuddur.
Mənzilə daxil olan bütün su Phoenix Softener X6 sistemi vasitəsilə filtrasiya olunur. Təxminən 2 ton həcmində isti su ehtiyat sistemi və əlavə 100 litrlik boyler quraşdırılıb. Pərdələr Versace markasına məxsusdur.
Binanın altında 7/24 fəaliyyət göstərən Tamstore market yerləşir.
Geniş sahə, premium təchizat və prestijli yerləşmə axtaranlar üçün ideal seçim.
© İsmayıl bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.