Suraxanı r., Zığ-Aeroport şossesində yerləşən Dreamland Mega Yaşayış Kompleksində, 7 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 355 kv.m olan 5 otaqlı geniş və komfortlu dubleks mənzil kirayə verilir.
Mənzildə qaz, su və işıq daimidir. İstilik sistemi mərkəzidir. Havalandırma sistemi mövcuddur. Mənzil bütün mebel və məişət avadanlıqları ilə tam təmin olunub.
Dubleksin 1-ci mərtəbəsində geniş qonaq otağı, mətbəx və yataq otağı yerləşir. Qonaq otağı və yataq otağının geniş eyvanı mövcuddur.
2-ci mərtəbədə isə 3 yataq otağı yerləşir. Hər yataq otağının ayrıca hamam-sanitar qovşağı və eyvanı var.
Eyvanlardan birbaşa qolf meydançasına, gölə və kompleksin yaşıllıqla əhatə olunmuş həyətinə möhtəşəm panoramik baxış açılır.
Ümumi ərazisi 330 hektar olan “Dreamland” daxilində sakinlərin rahatlığı üçün hər bir şərait yaradılıb — geniş yaşıllıq zonaları, SABİS school, marketlər, restoranlar, fitness və SPA mərkəzi, isti və soyuq hovuzlar və digər premium imkanlar mövcuddur.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
© Elmar bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.