Tibb Universitetindən cəmi 5 dəqiqəlik məsafədə, biznes mərkəzində yerləşən 300 kv.m sahəsi olan, yüksək səviyyədə təmir edilmiş və tam əşyalı ofis icarəyə verilir. Ofis binanın 4-cü mərtəbəsində yerləşir və 6 geniş otaqdan ibarətdir. Müasir iş şəraiti üçün bütün zəruri mebel və avadanlıqlarla təchiz olunmuş ofisdə kişi və qadınlar üçün ayrı-ayrı sanitar qovşaqlar, həmçinin rəhbər otağında ayrıca sanitar qovşaq mövcuddur. Biznes plazada sürətli lift, qaraj, binanın qarşısında geniş parkinq sahəsi və 7/24 mühafizə xidməti təmin olunub. Ofis Tibb Universitetinə, ASAN Xidmətə, Ege Hospitala, Olimpik Star-a və digər mühüm obyektlərə yaxın ərazidə yerləşir. Əlverişli mövqeyi, rahat infrastrukturu və funksional planlaşdırılması ilə şirkətlər, korporativ nümayəndəliklər və müxtəlif biznes strukturları üçün ideal seçimdir.
Aylıq icarə haqqı: 4 000 AZN.
© Yusif Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.