Ayna Sultanova heykəlinin yaxınlığında, Ziya Bünyadov prospektində, yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 430 kv.m olan tam təmirli obyekt icarəyə verilir.
Obyekt yüksək səviyyədə təmir olunub və əvvəllər avtosalon kimi fəaliyyət göstərib. Birinci mərtəbə 260 kv.m, ikinci mərtəbə isə 140 kv.m sahədən ibarətdir. İkinci mərtəbədə 4 otaq və ayrıca müdir otağı mövcuddur. Obyekt sanitar qovşaqları və kombi istilik sistemi ilə təmin olunub.
Geniş vitraj pəncərələri birbaşa yola baxır və obyektin görünürlüğünü artırır. Ön qapıdan müştərilər üçün giriş-çıxış, arxa tərəfdən isə əlavə giriş-çıxış imkanı mövcuddur. Əlverişli planlaşdırılması və geniş sahəsi sayəsində obyekt avtosalon, showroom, mebel salonu, mağaza, klinika, ofis, tədris mərkəzi və digər kommersiya fəaliyyətləri üçün uyğundur.
Ətrafında Ayna Sultanova heykəli, Azərbaycan Kooperasiya Universiteti, Atatürk Parkı və digər mühüm obyektlər yerləşir.
Aylıq icarə haqqı: 6 000 AZN.
© Yusif Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.