Cube Cubie 160 - Yüngül çəkili uşaq velosipedi. Cube Cubie 160 böyüklərin sürdüyü mtb model velosipedlərin uşaqlar üçün adaptasiya olunmuş 1 sürətli modelidir. Kiçik ölçüdə dizayn olunmuş aksesuar və komponentlər sayəsində balacalar pedallama həzzini erkən yaşda yaşamaq şansı əldə edəcək. Cube IMPAC Smartpac şinləri və dözümlü 6061 alüminium lite çərçivəsi ilə bu velosiped qarşıya çıxa biləcək kələ-kötürlərdən artığını ram etməyə qadirdir. Hamarlanmış dairəvi quruluşlu borular yıxıldıqda zədələnməni minimuma endirir. Öndə uşaqların rahatlıqla sıxa biləcəyi Alloy Cantilever əyləclə yanaşı arxa təkərə pedaldan idarə oluna bilən əyləc quraşdırılmışdır, bu da velosipedi dayandırmağı daha rahat və səlist edir. Zəncir üzərinə çəkilmiş Hebie Chainlooper təbəqə onu çirklənmədən və köhnəlmədən qoruduğu halda həm də ayağın ona toxunub əzilməyinin qarşısını alır. Arxa təkərdəki mudguard isə yaş səthdən keçərkən sıçrayan suyu saxlamaqla yanaşı həm də velosipedə gözəl görünüş qazandırır. Çəki 7,5 kq.
© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.