Prayk

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

Negotiable
Verified1 weeks ago
Category
HR, staffing
Date
Views
16
Number
№5336502

Description

Təsvir İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin və əmrlərin hazırlanması; Əmək müqavilələrinin, əmək müqavilələrinə əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi; ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktuallığının təmin edilməsi; İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və uçotunun aparılması; Məzuniyyət balanslarının izlənilməsi və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması; Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə edilməsi; ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək; Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması; Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması; Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi Tələblər Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli ixtisaslara üstünlük verilir; İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi; Retail sahəsində iş təcrübəsi üstünlükdür; Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik; ƏMAS və digər dövlət elektron portalları ilə işləmə bacarığı; Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki biliklər; 1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik; MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmə bacarığı; Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı; Rus və ya ingilis dillərindən ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı; Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə; Güclü yazılı və şifahi ünsiyyət bacarığı; Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı; Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı; Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq; Daxil olan sorğulara və iş tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı; Komandada işləmək bacarığı. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Müasir və rahat ofis şəraiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar; Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı. İş şəraiti: İş qrafiki: I–V günlər, 09:00–18:00; İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 29.11.2026

© Kontakt Home jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp