Prayk

İnsan Resursları (HR) üzrə mütəxəssis

900 ₼
VerifiedYesterday
Category
HR, staffing
Date
Views
1
Number
№4834449

Description

Əsas vəzifə öhdəlikləri: Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi; ƏMAS sistemində dəyişikliklərin edilməsi; Əmək haqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi); Aylıq iş vaxtının uçot tabelinin hazırlanması; Əməkhaqqı kartlarının sifarişinin verilməsi; Əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması; İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması; İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi; Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi; DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandırılması; Vəzifə təlimatlarının yazılması; Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı; Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi. Namizədə tələblər: Əlaqədar sahə üzrə bakalavr dərəcəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı; Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı; MS Office proqramlarını sərbəst istifadə bacarığı; İnsan resursları sahəsində azı 2 il iş təcrübəsi; Yaş həddi: 25–30; Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığı. İş şərtləri: 09:00–18:00 / 5 günlük iş həftəsi; İstirahət günləri: şənbə və bazar günü; Əmək haqqı: 900–1000 AZN; İş yeri ünvanı: Bakı şəhəri, Xətai rayonu, AGA Center (Xətai metrosuna 5 dəqiqəlik məsafə). Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 900 AZN Son müraciət tarixi: 19.11.2026

© Istanbul Teknik jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT