Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;İR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi;Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət;İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması;Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması;İllik və aylıq İR büdcəsinin hazırlanması, icrasına və xərclərə nəzarət edilməsi;Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət;Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi;Əməkhaqqı, bonus, mükafatlandırma və digər motivasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üçün KPI və OKR sistemlərinin qurulması, tətbiqi və nəticələrinin təhlil edilməsi;Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması;Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili;İstedadların idarə olunması, karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması;Korporativ mədəniyyətin inkişaf etdirilməsi, əməkdaş bağlılığı və motivasiya proqramlarının həyata keçirilməsi;Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;Daxili kommunikasiya və işəgötürən brendinin inkişaf etdirilməsi üzrə tədbirlərin təşkilində iştirak;Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;Əmək münasibətləri üzrə mübahisələrin, şikayətlərin və münaqişələrin araşdırılması və qanunvericiliyə uyğun həllinin təmin edilməsi;İR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi;İR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi;İR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi, bunun ən azı 2 ili rəhbər və ya komanda lideri vəzifəsində;Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı;Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər;İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə;İR analitikası və hesabatların hazırlanması bacarığı;Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları;Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti;Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası;Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi;HR üzrə beynəlxalq və ya yerli sertifikatların mövcudluğu.
Vakansiya növü: Tam ştat
Şirkət: BOKT "İDEAL KREDİT" MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idealkredit/idealkredit-insan-resurslari-sobesinin-rehberi-69284597/apply