
Bakı15
İnsan Resursları üzrə Menecer
İnsan Resursları üzrə Menecer
Negotiable
Verified3 weeks ago
CityBakı
Date
Views15
Number№5049192
Description
Əsas vəzifə öhdəlikləri
Şirkətin insan resurslarının idarə edilməsi proseslərini təşkil etmək və koordinasiya etmək;
HR strategiyasının, daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul proseslərini təşkil etmək;
Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün idarə edilməsini təmin etmək;
Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək;
ƏMAS və digər müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında və düzgün icrasını təmin etmək;
Yeni əməkdaşların adaptasiya (onboarding) prosesini təşkil etmək və izləmək;
Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin tətbiqində iştirak etmək;
Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim planlarının hazırlanmasını və icrasını koordinasiya etmək;
Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsində iştirak etmək;
Kadr məlumat bazasının düzgün formalaşdırılmasını, yenilənməsini və məlumatların məxfiliyini təmin etmək;
Əməkhaqqı hesablanması üçün zəruri məlumatların hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək;
Əmək münasibətləri ilə bağlı yaranan məsələlərin və mübahisələrin qanunvericiliyə uyğun həllində iştirak etmək;
HR göstəricilərini təhlil etmək, aylıq və dövri hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
HR proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq.
Vəzifəyə dair tələblər
Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahələr üzrə);
İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
Kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi və əmək münasibətləri üzrə praktiki təcrübə;
ƏMAS və digər elektron kadr sistemləri ilə işləmək bacarığı;
MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
HR hesabatlarının hazırlanması və əsas HR göstəricilərinin təhlili üzrə biliklər;
İngilis dili – B2, rus dili – B2 səviyyəsində bilik arzuolunandır.
Şəxsi keyfiyyətlər və bacarıqlar
Liderlik və komanda ilə işləmək bacarığı;
Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Strateji yanaşma və təşəbbüskarlıq;
Yüksək məsuliyyətlilik və detallara diqqət;
Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı;
Çoxşaxəli tapşırıqları və prioritetləri effektiv idarə etmək;
Dinamik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş qrafiki
Həftə içi 5 gün, saat 09:00–18:00;
Zərurət yarandıqda şənbə günü – yarım iş günü.
AZERA Holding-in peşəkar komandasının bir hissəsi olmaq və insan resurslarının idarə edilməsi sahəsində inkişafımıza töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/200740/insan-resurslari-uzre-menecer
ADVERTISEMENT












