Prayk

İnsan resursları üzrə mütəxəssis

Negotiable
VerifiedYesterday
Date
Number
№3377795

Description

İş barədə məlumat - Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad edilmələri və s. sənədləri rəsmiləşdirilmək. - Vəzifə təlimatlarının hazırlanması. - İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi ayın sonu davamiyyət tabellərini hazırlayaraq mühasibatlığa təhvil vermək. - "ƏMAS" portalında əməliyyatların aparılması (Əmək müqavilələri, xitam əmrləri, əmək müqavilələrinə dəyişiklik, məzuniyyət əmrləri və s.) - Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək. - Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişiklikləri etmək - Ezamiyyət sənədlərini rəsmiləşdirmək və qeydiyyatlarını aparmaq - İşçilər barədə məlumat bazasını yaratmaq, yenilik və dəyişiklikləri daxil etmək - İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələri hazırlamaq İşçilər tərəfindən təqdim olunmuş "Əmək qabiliyyəti olmamaq vərəqəsi"ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur. - İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək. - Şəxsi heyətin uçotu və kadrlarla iş üzrə müəyyən olunmuş hesabatın tərtib olunmasını təşkil etmək. - Açıq olan vakansiyaların elana hazırlamaq və yerləşdirmək, CV incələmə, vakansiyalara uyğun namizədlərin seçmək, ilkin müsahibələri təşkil etmək, ilkin işəqəbul müsahibələri ilə bağlı nəticələri hazırlanmaq, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək. - Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir. - Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsi; - Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxan təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır. İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir. - Onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür. - Həftə içi 5 iş günü. Namizədə tələblər - Ali təhsil - İR sahəsində minimum 2 il iş təcrübəsi - Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli - ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı - Analitik düşünmə qabiliyyətinin güclü olması - MS Office proqramlarını çox yaxşı bilməli Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı; - Məsuliyyəti öz üzərinə götürərərək iş prosesini izləmək bacarığı olan - Gənc, dinamik və inkişafa açıq - Karyera inkişafına həvəsli olan. Şəhər: Xırdalan Yaş: 23 - 33 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əlaqədar şəxs: Vüsal Hacızadə Əmək haqqı: 600 - 800 AZN

Similar listings