
1
İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə)

Negotiable
İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə)
Verified2 days ago
Date
Views1
Number№3820467
Description
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: İR və İnzibati işlər departamenti
Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
İş yeri: Füzuli, Beyləqan, Ağcabədi
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Ağcabədi, Füzuli, İmişli və Beyləqan üzrə HR əməliyyatlarının (işə qəbul, işdən çıxma, məzuniyyət, ezamiyyət, davamiyyət) tam dövriyyəsinin idarəedilməsi
Əmək müqavilələrinin, əlavə razılaşmaların və xitam sənədlərinin vaxtında və düzgün tərtibi.
ƏMAS sisteminə məlumatların daxil edilməsi və yoxlanılması.İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və HR Audit üçün hazır saxlanılması.
Şəxsi məlumatların konfidensiallığının qorunması və məlumat təhlükəsizliyi qaydalarına riayət.
Müsahibələrin təşkili, nəticələrin sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi kommunikasiyanın aparılması
Davamiyyət tabellərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim olunması.
Məzuniyyət planının illik əsasda formalaşdırılması və faktiki icrasına nəzarət.
1C proqramında əməkdaşların iş qrafiklərinin, SR və PR sorğularının yaradılması və alış prosesinin sonadək izlənməsi.
HR sənədlərinin korporativ standartlara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.
Vəzifə tələbləri:
Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür)
İR sahəsində ən azı 3 il iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Elektron Hökümət Portalları ilə ( ƏMAS; İSB; ) işləmə bacarığı
Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Peşəkar və liderlik inkişaf proqramları
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 05.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/eden-agro-mmc-insan-resurslari-uzre-mutexessis-fuzuli-beyleqan-agcabedi-uzre-152970
Similar listings















