
Sertifikatların hazırlanması üzrə mütəxəssis

500 ₼
Sertifikatların hazırlanması üzrə mütəxəssis
Verified2 days ago
Date
Number№3830199
Description
İş şəraiti
Şöbə: SƏTƏMM və Sənaye üzrə Təlim Şöbəsi
Əmək haqqı: 500 AZN GROSS
İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00
İstirahət günləri: Şənbə və bazar
Ünvan: Bakı şəhəri, Qız Qalası yaxınlığı
Vəzifə öhdəlikləri
Təlim iştirakçıları üzrə məlumatların toplanması və yoxlanılması;
Təlim nəticələrinə əsasən sertifikatların hazırlanması;
Sertifikatlarda iştirakçıların ad, soyad, təlim adı, tarix və digər məlumatlarının düzgün qeyd olunmasına nəzarət;
Sertifikatların çap və elektron formada hazırlanması;
Hazırlanmış sertifikatların sistemləşdirilməsi və qeydiyyatının aparılması;
Sertifikatların elektron və fiziki arxivinin təşkili;
Sertifikatlarla bağlı məlumat bazasının mütəmadi yenilənməsi;
Sertifikatlarda aşkar olunan uyğunsuzluqların müəyyən edilməsi, düzəldilməsi və yenilənmiş sənədlərin hazırlanması;
Təlim və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Sertifikatların vaxtında hazırlanması və təqdim olunmasına nəzarət;
Sertifikatlaşdırma prosesi üzrə hesabat və siyahıların hazırlanması;
Zəruri hallarda təlim iştirakçıları ilə sertifikatlarla bağlı kommunikasiya.
Namizədə tələblər
Ali təhsil;
Sənədləşmə və administrativ işlər üzrə iş təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Excel və Word proqramlarında yaxşı işləmək bacarığı;
Məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
Səliqəli və sistemli işləmə bacarığı;
Detallara yüksək diqqət;
Məsuliyyətlilik və operativlik;
Komandada işləmək bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
Əsas tələb olunan bacarıqlar
Excel | Word | Sənədləşmə | Məlumatların yoxlanılması | Hesabatların hazırlanması | Diqqətlilik | Vaxtın idarə edilməsi | Komanda işi
Sınaq müddəti
Namizəd üçün 2 həftəlik sınaq müddəti nəzərdə tutulur.
Sınaq müddəti ərzində namizədin işə uyğunluğu, məsuliyyəti, diqqətliliyi, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, həmçinin ümumi iş performansı qiymətləndiriləcək.
Sınaq müddətinin nəticələrinə əsasən namizəd işə uyğun hesab olunduğu təqdirdə əməkdaş
olaraq işə qəbul ediləcək.
Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Sertifikatların hazırlanması üzrə mütəxəssis” qeyd etməlidirlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Maaş: 500 AZN
Son müraciət tarixi: 05.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/industrial-support-and-training-services-sertifikatlarin-hazirlanmasi-uzre-mutexessis-152992
Similar listings















