
3
İnzibati işlər və təsərrüfat şöbəsinin rəhbəri

Negotiable
İnzibati işlər və təsərrüfat şöbəsinin rəhbəri
VerifiedToday
Date
Views3
Number№5890610
Description
Əsas vəzifə öhdəlikləri
Müəssisənin inzibati və təsərrüfat fəaliyyətini təşkil etmək, gündəlik iş proseslərinin fasiləsiz təmin olunmasına nəzarət etmək;
Müəssisədaxili qeyri-tibbi avadanlıqların, mebel və inventarların texniki vəziyyətinə, düzgün istifadəsinə və vaxtında təmirinə nəzarət etmək;
Kabinetlərin, iş otaqlarının və ümumi istifadə sahələrinin təsərrüfat vəziyyətini nəzarətdə saxlamaq, cari təmir və abadlıq işlərini təşkil etmək;
Elektrik, texniki ustalar və digər təsərrüfat əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və icraya nəzarət etmək;
Təmizlik və xidmət heyətinin iş qrafikini, ərazi üzrə bölgüsünü və gündəlik fəaliyyətini təşkil etmək;
Müəssisənin təsərrüfat ehtiyaclarını müəyyənləşdirmək, zəruri inventar və materiallarla təminatı təşkil etmək;
Nəqliyyat və digər inzibati-təsərrüfat proseslərinin düzgün təşkilinə nəzarət etmək;
Daxili nizam-intizam, texniki təhlükəsizlik və təsərrüfat qaydalarına riayət olunmasını təmin etmək, yaranan problemlərin operativ həlli üçün tədbirlər görmək.
Namizədə dair tələblər
Ali və ya müvafiq sahə üzrə orta ixtisas təhsili;
İnzibati-təsərrüfat və ya texniki istiqamətdə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
Təsərrüfat, texniki xidmət, təmir və istismar işlərinin təşkili üzrə praktiki təcrübə;
Texniki və xidmət heyətinin idarə olunması və koordinasiyası bacarığı;
Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə qabiliyyəti;
Məsuliyyətlilik, çeviklik və idarəetmə bacarıqları.
Şərtlər:
İş qrafiki: 6 gün (həftəlik 40 saat);
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İnzibati işlər və təssərrüfat şöbəsinin müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 12.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-inzibati-isler-ve-teserrufat-sobesinin-rehberi-155990
ADVERTISEMENT






