
19
İqtisadiyyat üzrə böyük mütəxəssis

Negotiable
İqtisadiyyat üzrə böyük mütəxəssis
Verified3 days ago
Date
Views19
Number№4542670
Description
Əmək funksiyaları:
Müvafiq layihələr üzrə iqtisadi məlumatların toplanmasını, emalını və sistemləşdirilməsini həyata keçirmək;
Toplanmış məlumatlar əsasında iqtisadi təhlillər, proqnozlar və qiymətləndirmələr hazırlamaq;
Hazırlanmış layihələrin sosial-iqtisadi təsirlərini təhlil etmək;
Strateji sənədlərin, proqramların və fəaliyyət planlarının hazırlanması üçün iqtisadi təhlillər və məlumatlar təqdim etmək;
İqtisadi göstəricilər üzrə analitik hesabatlar, arayışlar və təqdimat materialları hazırlamaq;
Rəsmi statistik məlumatları və digər məlumat bazalarını təhlil etmək, nəticələri ümumiləşdirmək;
Şöbənin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktların, strateji sənədlərin və beynəlxalq təcrübənin iqtisadi aspektlərini təhlil etmək.
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
İş stajı: ən azı 3 il müvafiq sahədə;
Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel) və Power BI, Python və ya Stata proqramlarından biri üzrə orta səviyyədə biliklər;
Dil bilikləri: İngilis dili (mütləq), rus dili biliyi üstünlükdür;
İqtisadi proqnozlaşdırma, statistik və ekonometrik təhlil metodları, analitik hesabatların hazırlanması, məlumatların vizuallaşdırılması, mikroiqtisadiyyat və makroiqtisadiyyat üzrə biliklər;
İqtisadi məlumatların müxtəlif mənbələrdən toplanması, emalı və sistemləşdirilməsi bacarığı;
İqtisadi göstəricilərin təhlili və interpretasiyası bacarığı;
İqtisadi proqnozların hazırlanması bacarığı;
Analitik hesabat və arayışların hazırlanması bacarığı.
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri;
Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 13.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-iqtisadiyyat-uzre-boyuk-mutexessis-153648
ADVERTISEMENT










