
Bakı8
İşlənmiş Şəhər velosipedi 26", sürətlərin sayı: 10, Ünvandan götürmə










650 ₼
İşlənmiş Şəhər velosipedi 26", sürətlərin sayı: 10, Ünvandan götürmə
For saleVerifiedUsed1 months ago
CityBakı
Date
Views8
Number№4659984
Description
Satılır: 1986-cı il istehsalı vintage şose velosipedi, Sears Free Spirit Dynasty (ABŞ)
Tarixçəsi
Bu velosipedin öz hekayəsi var.
1986-cı ildə yalnız ABŞ bazarı üçün Koreyada istehsal olunub və Amerikanın məşhur Sears mağazalarında satılıb. Sonra Michigan ştatındakı Northern Michigan University kampusunda qeydiyyata alınıb və illərlə kampus küçələrində sürülüb. Universitetin rəsmi qeydiyyat stikeri “Operation Identification” №1528 bu gün də ramanın üzərindədir
Orijinal hissələr:
Polad rama, mavi metallik rəng
Sükan borusu və çəngəldə qızılı xətli muftalar
10 sürət (2×5), Shimano Positron indeksli sistemi: 80-ci illərin Amerika velosipedlərinə xas, sükan dirəyindən dəyişdirilir
Shimano FD-AX50 ön ötürücü, Shimano arxa topu (1985–86 zavod kodları ilə)
Yaponiya istehsalı SR sükan dirəyi
Qoç buynuzu (dəstə) sükan, əlavə tormoz qolları ilə
Təkər ölçüsü: 26 × 1 3/8" (590)
Yenilənib və əlavə olunub:
Qəhvəyi oturacaq və sükan lenti
Kenda pokrışkaları
Arxa qanad və ayaq (istəyə görə çıxarmaq olar)
Arxa fənər
Rock Bros rama çantası
🔎 Rama və model nömrələri yerindədir, mənşəyi yoxlanıla bilər.
Şəhərdə gəzinti və vintage kolleksiyası üçün ideal seçimdir: belə velosiped Bakıda nadir tapılır.
Qiymətdə razılaşmaq mümkündür.
ADVERTISEMENT














