
Bakı8
İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis

Negotiable
İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis
VerifiedToday
CityBakı
Date
Views8
Number№5936789
Description
Şirkətin işəgötürən brendinin tanıdılması və əmək yarmarkalarında, universitetlərin karyera günlərində, konfranslarda və digər İR tədbirlərində şirkətin təmsil edilməsi; Mövcud vakansiyaların təhlil edilməsi, vəzifə tələblərinə uyğun iş elanlarının hazırlanması və müvafiq işə qəbul platformalarında yerləşdirilməsi; Vakansiyalar üzrə namizədlərin müxtəlif mənbələrdən və axtarış kanallarından cəlb edilməsi;Daxil olan CV-lərin vakansiya tələblərinə uyğun ilkin dəyərləndirilməsi və potensial namizədlərin müəyyənləşdirilməsi;Namizədlərlə ilkin və növbəti mərhələlər üzrə müsahibələrin keçirilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi;Namizədlərin seçim prosesinin koordinasiyası və müsahibə mərhələlərinin vaxtında təşkil edilməsi; İşə qəbul prosesinin gedişatı barədə aidiyyəti struktur rəhbərlərinin mütəmadi məlumatlandırılması; Yeni əməkdaşların işə qəbul prosesinin koordinasiyası və aidiyyəti struktur bölmələrinin vaxtında məlumatlandırılması;İşə qəbul agentlikləri, universitetlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;Şirkətin namizəd bazasının mütəmadi yenilənməsi və genişləndirilməsi;İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin izlənilməsi və təhlil edilməsi;İşə qəbul prosesinin effektivliyinin və namizədlərin müsbət təcrübəsinin təmin edilməsi.
Tələblər:
Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir);İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 2 il iş təcrübəsi (pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür);Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür;İşə qəbul prosesinin müxtəlif mərhələləri, namizəd axtarışı və müsahibələrin aparılması üzrə praktiki biliklər;Müxtəlif axtarış kanalları və işə qəbul platformaları ilə işləmək bacarığı;MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;Güclü analitik düşünmə və namizədləri qiymətləndirmə qabiliyyəti;Yüksək ünsiyyət və təqdimat bacarıqları;Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;Vaxtın düzgün idarə edilməsi və bir neçə vakansiya üzrə paralel işləmək bacarığı;Nəticəyönümlülük, məsuliyyətlilik, təşəbbüskarlıq və operativlik;Dinamik iş mühitində işləməyə və yüksək iş tempinə uyğunlaşmağa hazır olmaq.
Biz nə təklif edirik?Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;Dinamik və müasir iş mühiti;Müasir və rahat ofis şəraiti;Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
İş şəraiti:İş qrafiki: I–V günlər, 09:00–18:00;İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-istedadlarin-celbi-ve-yerlesdirilmesi-uzre-mutexessis-91050039/apply
ADVERTISEMENT






