
4
İstehsalat operatoru (şüşə istehsalı)
İstehsalat operatoru (şüşə istehsalı)
Negotiable
VerifiedYesterday
Date
Views4
Number№5596530
Description
İş yeri: Azerfloat QSC
Vəzifə öhdəlikləri:
İsti xətt üzrə:
Şüşə əritmə sobasında mövcud temperatur və təzyiq göstəricilərinə nəzarət etmək, müşahidə nəticələrinə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə məlumatların dövri qeydiyyatını aparmaq
Şüşə lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək
Əritmə vannası sexində gedən proseslər üzrə müşahidələr və qeydlər aparmaq
Əritmə vannasında və soyutma sobasında istifadə olunan avadanlıqlara yerində vizual baxışlar keçirmək
İstehsalat xəttində aşkar edilən defektli şüşələrin mövcud olma səbəbini araşdırmaq
Soyuq xətt üzrə:
Şüşə lentinin ölçülərə uyğun olaraq avtomatik kəsilməsini təmin etmək
Kəsim parametrlərini (ölçü, sürət, təzyiq və s.) avadanlıqda düzgün qurmaq və nəzarətdə saxlamaq
Kəsilmiş şüşələrin keyfiyyətinə (çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və s.) vizual nəzarət aparmaq
Xətdə baş verən dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat vermək
Kəsim sahəsində təhlükəsizlik normalarına və daxili qaydalara ciddi riayət etmək
Namizədə tələblər:
Orta ixtisas və ya ali texniki təhsil (kimya, mexanika, elektrotexnika, istehsalat və s.)
İstehsalatda minimum 3 il iş təcrübəsi
İstiyə dözümlülük və fiziki işdə işləmə bacarığı
Texniki düşünmə qabiliyyəti
Məsuliyyətlilik və dəqiqlik
Komandada işləmək bacarığı
İş şəraiti:
İş qrafiki: növbəli;
İş saatı: 08:00 – 20:00;
Nahar pulu;
Servis;
Könüllü tibbi sığorta;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “İstehsalat operatoru” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 04.12.2026
Listing source
Open the original listing© AzerFloat jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT









