
Bakı12
İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis

Negotiable
İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis
VerifiedToday
Description
"Rabitəbank" ASC İT Təhlükəsizliyi Departamentinin Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis vəzifəsinə işə qəbul elan edir.Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:Kart və rəqəmsal kanallar üzrə əməliyyatların fırıldaqçılığa qarşı monitorinq sistemlərində real vaxt rejimində fasiləsiz izlənilməsi;Sistemlər tərəfindən yaradılan siqnalların operativ təhlili, təsnifatı və müəyyən edilmiş müddətlərdə emal edilməsi;Şübhəli əməliyyatlar üzrə müştəri ilə dərhal əlaqə saxlanılması, əməliyyatın təsdiqlənməsi və ya kartın/girişin bloklanması üzrə prosedurların icrası;Müştərilərin fırıldaqçılıq hallarına dair təcili müraciətlərinin (o cümlədən gecə saatlarında və qeyri-iş günlərində) qəbulu və ilkin araşdırılması;Fırıldaqçılıq halları üzrə insidentlərin idarə edilməsi sistemində qeydiyyatın aparılması və sənədləşdirilməsi;Kritik hallar üzrə şöbə rəhbərliyinə və aidiyyəti struktur bölmələrə müəyyən edilmiş qaydada eskalasiya;Növbənin qəbulu və təhvili zamanı açıq hallar, bloklar və davam edən araşdırmalar barədə məlumatın ötürülməsi;Ödəniş sistemlərinin və prosessinq mərkəzinin fırıldaqçılığa qarşı mübarizə alətləri üzrə əməliyyat işlərinin icrası;Fırıldaqçılığa qarşı qaydaların işləməsinin izlənilməsi, yanlış müsbət hallar barədə məlumatların toplanması;Növbə üzrə gündəlik hesabatların hazırlanması;Yeni fırıldaqçılıq sxemləri barədə müşahidələrin şöbə daxilində paylaşılması.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/rabitabank/rabitabank-it-tehlukesizliyi-departamentinin-kiberdeleduzluga-qarsi-mubarize-sobesin-626720/apply
ADVERTISEMENT














