Prayk
IT üzrə kiçik mütəxəssis — İT, telekommunikasiya
700 ₼

IT üzrə kiçik mütəxəssis

Verified4 days ago
Date
Views
9
Number
№4904058

Description

Vəzifə və öhdəliklər İstifadəçilərin gündəlik texniki müraciətlərinin qəbul edilməsi və operativ həlli (kompüter, proqram təminatı, internet, telefon və s.). Kompüter, noutbuk, monitor, printer, skaner və digər ofis avadanlıqlarının quraşdırılması, qoşulması və texniki dəstəyi. Printerlərin gündəlik texniki xidməti, kartriclərin dəyişdirilməsi və sadə nasazlıqların aradan qaldırılması. İş yerlərində şəbəkə və digər kabellərin qoşulması, dəyişdirilməsi və bağlantı problemlərinin aradan qaldırılması. Windows, Microsoft Office və Microsoft 365 üzrə istifadəçilərə ilkin texniki dəstəyin göstərilməsi. LAN, Wi-Fi, internet və VPN bağlantılarında yaranan problemlərin ilkin diaqnostikası. IP-telefonların qoşulması və sadə texniki nasazlıqlarının aradan qaldırılması. Yeni əməkdaşlar üçün iş yerlərinin hazırlanması: kompüter, domen hesabı, korporativ e-poçt, telefon və tələb olunan proqram təminatı. İT avadanlıqlarının inventar uçotunun aparılması və yenilənməsi. Texniki müraciətlərin ticketing sistemində qeydiyyatı, izlənilməsi və vaxtında həll edilməsi. Zərurət yarandıqda şirkətin müxtəlif obyektlərində yerində texniki dəstəyin göstərilməsi Bilik və bacarıqlar Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyi. Microsoft Office və Microsoft 365 tətbiqləri üzrə praktiki biliklər. Active Directory, domen hesabları və Group Policy haqqında ilkin biliklər. Baza şəbəkə bilikləri (TCP/IP, DHCP, DNS, LAN, Wi-Fi, VPN). Printer, skaner, IP-telefon və digər periferik avadanlıqların quraşdırılması və sazlanması. Kompüter avadanlıqlarının əsas komponentləri və sadə hardware problemlərinin aradan qaldırılması. Ticketing sistemləri ilə işləmək bacarığı (Jira, Zendesk və ya analoji sistemlər). Texniki problemlərin diaqnostikası və həlli (troubleshooting). Ünsiyyət, operativlik və komanda ilə işləmək bacarığı. Namizədə tələblər: Ali və ya orta ixtisas texniki təhsili (arzuolunandır). İT texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi. Azərbaycan və rus dillərində ünsiyyət bacarığı. İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı. Məsuliyyətlilik, dəqiqlik və istifadəçi yönümlü yanaşma. Sumqayıt, Xırdalan və Masazır ərazisində yaşaması arzuolunandır Biz təklif edirik: Peşəkar və inkişaf yönümlü iş mühiti Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait; Karyera inkişafı perspektivi Əmək haqqı: 700-800 AZN Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "IT üzrə kiçik mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Maaş: 700 AZN Son müraciət tarixi: 20.11.2026

© Group Motors jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp