Prayk
Junior Data Analyst / Kiçik Data Analitik — İT, telekommunikasiya
700 ₼

Junior Data Analyst / Kiçik Data Analitik

VerifiedYesterday

№6437407·Views: 19

Description

Vəzifə öhdəlikləri: Biznes prosesləri ilə tanış olmaq, məlumat mənbələrinin müəyyənləşdirilməsində iştirak etmək Müxtəlif biznes istiqamətləri üzrə məlumatların toplanması və ilkin analizinin aparılması. Proseslərdə müşahidə olunan kənarlaşmaların müəyyən edilməsi və nəticələrin bölmə müdirinə təqdim olunması. Data keyfiyyətinin yoxlanılması: çatışmayan, təkrar və uyğunsuz qeydlərin aşkar edilməsi və bildirilməsi. KPI göstəriciləri və idarəetmə tabloları üçün məlumatların hazırlanmasına dəstək göstərilməsi. Məsul olduğu analitik tapşırıqların nəticələrini və layihə üzrə gördüyü işləri müstəqil və ya bölmə rəhbəri ilə birlikdə təqdim edə bilməsi. Analitik nəticələr əsasında qərarın bölmə müdiri tərəfindən verilməsi, işlərin icrasına nəzarətin isə şöbə müdiri tərəfindən həyata keçirilməsi. Namizədə tələblər Yaş: 25 – 40; Data analitikası, statistika, riyaziyyat, informasiya texnologiyaları və ya mühəndislik üzrə ali təhsil (və ya müvafiq sahədə təhsil alan tələbə). Data analitikası və ya məlumatlarla iş sahəsində ilkin təcrübə (təcrübə proqramı və ya praktiki layihələr üstünlükdür). SQL — baza və ya orta səviyyə. Python — baza səviyyəsi (Pandas kitabxanası ilə işləmək bacarığı üstünlükdür). Excel — orta səviyyə; Power BI və ya digər vizuallaşdırma alətləri üzrə ilkin biliklər. Məlumatların toplanması, təmizlənməsi və təhlili üzrə ilkin biliklər. Biznes prosesləri və əsas performans göstəriciləri (KPI) haqqında ümumi anlayış. İngilis dili — pre-intermediate və yuxarı. Analitik düşüncə, diqqətlilik, problem həll etmə və öyrənməyə açıqlıq. İş rejimi və əmək haqqı: Əmək haqqı – ilkin 700 AZN İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək) Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Junior Data Analyst / Kiçik Data Analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Maaş: 700 AZN Son müraciət tarixi: 27.12.2026

© M-Trans jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT