MinVolt komandamıza Junior E-bike Ustası axtarırıq. MinVolt şəhər çatdırılması üçün elektrik velosipedləri və enerji infrastrukturu təqdim edən e-mobility şirkətidir.
Vakansiya üzrə müraciət etmək üçün CV-lərinizi [email protected] email ünvanına göndərə bilərsiniz.
Tələblər:
• Velosiped, skuter və ya oxşar texnikanın təmiri üzrə baza bilikləri
• Alətlərlə işləmək bacarığı
• Məsuliyyətli və öyrənməyə həvəsli olmaq
• Təcrübə üstünlükdür, lakin məcburi deyil — öyrədirik
Vəzifə öhdəlikləri:
• Təkərlərin təmiri və dəyişdirilməsi
• Hidravlik əyləclərin təmiri və sazlanması
• Əyləc bəndləri, zəncir, ulduz və digər hissələrin dəyişdirilməsi
• Velosipedlərin texniki baxışı və gündəlik təmiri
İş haqqında:
MinVolt təklif edir:
• Stabil iş
• Peşəkar inkişaf və təlim
• Müasir elektrik velosipedləri ilə iş
• Mehriban və dinamik komanda
Maaş: 300-600 AZN
Yaş: 20-40
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən aşağı