Bu məhsul evdə, şənliklərdə, idman zallarında və açıq havada musiqi dinləmək və karaoke oxumaq üçün nəzərdə tutulmuş daşına bilən dinamik sistemidir. Məhsul komplektinə 1 ədəd böyük karaoke kalonkası, 1 ədəd naqilsiz mikrafon və 1 ədəd uzaqdan idarəetmə pultu daxildir.
120W çıxış gücü güclü səs ötürülməsini təmin edir. 6000 mAh tutumlu daxili akkumulyator şəbəkədən asılı olmadan uzunmüddətli istifadəyə şərait yaradır. Üç ədəd 8 düymlük dinamik səsin geniş və aydın yayılmasını təmin edir. Bluetooth, USB, microSD və AUX qoşulma dəstəyi müxtəlif cihazlardan musiqi oxutmağa imkan verir.