
Kassir (Qusar)

Negotiable
Kassir (Qusar)
VerifiedToday
Description
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi; Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi; Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi; Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması; Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi; Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.
Tələblər:
Namizədə tələblər:
Ali təhsil; Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır; Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır; Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı; Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli; Microsoft Office programları üzrə biliklərə malik olmalı; İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.
İş şəraiti:
İş yeri: Qusar;İş qrafiki: Növbəli.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Qusar, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-kassir-qusar-38517/apply
ADVERTISEMENT
Similar listings















