Prayk
Kateqoriya Müdiri — Nəqliyyat, logistika, anbar
Negotiable

Kateqoriya Müdiri

VerifiedToday
Date
Views
7
Number
№4881063

Description

Böyüyən Decoliv komandamıza Kateqoriya Müdiri axtarırıq. Axtardığımız namizədlər bazar dinamikasını anlayan, trendləri izləyən, məhsul seçimində zövq və kommersiya balansını qoruya bilən peşəkarlardır. Vəzifə öhdəlikləri: Bazarın və rəqiblərin təhlilini aparmaq, yeni trendləri izləmək və kateqoriyanın inkişafı üçün təkliflər vermək; Satış göstəricilərini izləmək, dövri analizlər aparmaq və nəticələrə əsasən qərarlar vermək; Tədarükçülərlə effektiv əməkdaşlıq qurmaq, şərtlərin optimallaşdırmaq və qiymət danışıqlarını aparmaq; Promosyon kampaniyalarını planlaşdırmaq və icrasına nəzarət etmək; Digər bölmələrlə (satış, marketinq, logistika və s.) sıx əməkdaşlıq edərək kateqoriyanın məqsədlərinə çatmasını təmin etmək; Kateqoriyaya daxil olan məhsul qruplarının idarə etmək və inkişaf strategiyasını hazırlamaq; Kateqoriya üzrə aylıq və illik hesabatları hazırlamaq, rəhbərliyə təqdim etmək. Namizədə tələblər: Ali təhsil Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır MS Excel biliyi : Yüksək səviyyədə Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı Təklif edirik: Nahar və servis ilə təminat; Əmək bazarına uyğun rəqabətli əmək haqqı; 5 günlük tam iş qrafiki; Korporativ mobil nömrə. Vakansiya ilə bağlı müraciət etmək üçün mövzu hissəsinə “Kateqoriya Müdiri” qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/decoliv-kateqoriya-mudiri-154235
ADVERTISEMENT