
Bakı21
Kia Cerato, 2 L, 2014, 179 000 km





19 444 ₼
Kia Cerato, 2 L, 2014, 179 000 km
Priced within the usual range of similar listings
The average price of 15 similar listings is 19 800 ₼ — this one is priced almost the same.
This listing
cheapermost similar listingspricier
Most similar listings fall in this range: 19 322 ₼ – 20 950 ₼
For saleAnalyzedUsed3 weeks ago
CityBakı
CategoryCars
BrandKia
ModelCerato
Year of manufacture2014 il
Mileage179000 km
Engine volume2 L
TransmissionAutomatic
Body typeSedan
ColorWhite
Fuel typePetrol
Engine power150 a.g.
DrivetrainFront
Number of seats5
Assembled for marketAzerbaijan
No accidentsYes
Not repaintedYes
Date
Views21
Number№4399858
Description
Avtomobil 2015-ci ilin iyul ayında Azərbaycanda rəsmi Kia dilerindən yeni alınıb. İkinci sahibiyəm. 18.01.2016-cı il tarixində cəmi 13 800 km yürüşlə almışam. Həmin vaxtdan avtomobil şəxsi istifadəmizdə olub və ona son dərəcə həssaslıqla qulluq edilib.
Texniki vəziyyəti və qulluq tarixçəsi:
• Bütün dövri texniki xidmətlər istehsalçının müəyyən etdiyi intervalları gözləmədən, vaxtından əvvəl və yalnız rəsmi Kia servislərində həyata keçirilib.
• İstismar müddətində yalnız Aİ-95 və Aİ-98 markalı yüksək oktanlı benzindən istifadə olunub.
• Zavod zəmanəti başa çatdıqdan sonra mühərrikə yalnız premium seqment AMSOIL Signature Series mühərrik yağı tökülüb.
• Bir ay əvvəl mühərrik endoskopik müayinədən keçirilib. Mühərrikin daxili vəziyyəti olduqca təmizdir, karbon çöküntüsü (naqar) aşkarlanmayıb.
• 24 may tarixində Radius Təkər Mərkəzindən 880 AZN dəyərində 4 ədəd yeni Hankook Ventus S1 evo3 şini alınıb.
• Əyləc bəndləri yenilənib, orijinaldır.
• Avtomobilin təmir və texniki xidmətində yalnız orijinal ehtiyat hissələrindən istifadə olunub.
Kuzov və saxlanma şəraiti:
Avtomobil ağır yol-nəqliyyat hadisəsi keçirməyib. Yalnız xırda cızıq və batıqların aradan qaldırılması məqsədilə lokal boya işləri görülüb. Bütün boya işlərinin əvvəlki vəziyyətini əks etdirən fotolar mövcuddur. Alıcıya hər şey açıq və şəffaf şəkildə təqdim ediləcək.
Avtomobil həm iş yerində, həm də evdə qaraj şəraitində saxlanılıb.
Əsas üstünlüyü: Avtomobilin saxlanmasına, texniki xidmətinə və istifadə olunan materialların keyfiyyətinə heç vaxt qənaət edilməyib. Bütün qulluq işləri vaxtından əvvəl görülüb.
Avtomobilin texniki vəziyyətinə və qeyd etdiyim məlumatların doğruluğuna zəmanət verirəm. İstənilən servisdə və alıcının seçdiyi mütəxəssis tərəfindən yoxlanılmasına etirazım yoxdur.
Avtomobilin real vəziyyətini görən şəxs ona necə qulluq edildiyini özü qiymətləndirəcək.
ADVERTISEMENT














