Prayk
Kiçik Geoloq — Sənaye, istehsal
Negotiable

Kiçik Geoloq

VerifiedToday

№6364102·Views: 18

Description

Vəzifə öhdəlikləri Geoloji sahə işlərində və kəşfiyyat fəaliyyətlərində iştirak etmək; Sahə şəraitində geoloji tədqiqat və müşahidələri həyata keçirmək; Geoloji məlumatların toplanması və ilkin təhlilində iştirak etmək; Filiz yataqları və minerallaşma prosesləri üzrə biliklərini praktiki fəaliyyətlərdə tətbiq etmək; Müxtəlif sahə şəraitində geoloji fəaliyyətləri həyata keçirmək; Komanda ilə əməkdaşlıq etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək; Peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək. Tələblər Geologiya, Geofizika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; Geologiya və ya əlaqəli sahə üzrə magistr dərəcəsi üstünlükdür, lakin məcburi deyil; Ümumi geologiya, mineralogiya, petroqrafiya və struktur geologiya üzrə biliklər; Filiz yataqları və minerallaşma prosesləri haqqında anlayış; Mis, qızıl və polimetal yataqları üzrə ilkin biliklərin olması üstünlükdür; Sahə işlərində iştirak etmək və müxtəlif sahə şəraitində işləmək bacarığı və istəyi; Microsoft Office proqramları, xüsusilə Excel üzrə biliklər; GIS və geoloji proqram təminatları üzrə ilkin biliklərin olması üstünlükdür; Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; Öyrənməyə, peşəkar inkişaf etməyə və kəşfiyyat geologiyası sahəsində karyera qurmağa yüksək motivasiya; Azərbaycan dilini yaxşı səviyyədə bilmək; ingilis dili biliyi arzuolunandır; Geologiya, dağ-mədən sənayesi və ya kəşfiyyat sahəsində əvvəlki təcrübə və ya təcrübə proqramlarında iştirak üstünlük hesab olunur. İş şəraiti və şərtləri İş yeri: Gədəbəy, Azərbaycan İş qrafiki: Növbəli iş rejimi; Tibbi sığorta; Şirkət tərəfindən yemək və yaşayış yeri ilə təminat. Qeyd olunan tələblərə uyğun olan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olub https://www.aimc.az/vacancy/ rəsmi internet saytı üzərindən Karyera bölməsinə daxil olaraq müvafiq vakansiyaya müraciət edə bilərlər. Son müraciət tarixi: 25.12.2026

© AIMC (Azerbaijan International Mining Company) jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT