Bu cihaz milçəkləri və digər uçan həşəratları cəlb edərək məhv etmək üçün nəzərdə tutulmuşdur. Günəş paneli sayəsində elektrik enerjisindən asılı olmadan işləyir və açıq havada, bağlarda, həyətlərdə, terraslarda və ya hovuz ətrafında istifadə üçün idealdır. Cihaz, UV işığı ilə həşəratları cəlb edir və sonra onları yüksək gərginlikli reşotka vasitəsilə məhv edir. Bu, kimyəvi maddələrdən istifadə etmədən zərərvericilərdən qurtulmağın ekoloji cəhətdən təmiz yoludur. Günəş enerjisi ilə işləməsi onu davamlı və qənaətcil edir.