Oğlan otaq yoldaşı axtarılır.
Ev Həzi Aslanovda, 1-ci kvadratda, İlqar Zülfüqarov küçəsində, Oba Marketin qarşısındakı binada yerləşir. Ev 3 otaqlıdır. 2 otaqda hərəsində 1 nəfər qalır, 1 böyük otaq isə 2 nəfər üçün nəzərdə tutulub. Böyük otağa 1 nəfər otaq yoldaşı axtarılır (şəkildə əks olunan otağa).
Aylıq qiymət 130 AZN-dir. Kommunal xərclər 4 nəfər arasında bölünür, adətən adambaşına 10-15 AZN olur.
Kombi var, su, qaz və işıq daimidir. Böyük otaqda kondisioner də var.
İşləyən şəxslərə üstünlük verilir. Siqaret çəkməyən, içki içməyən (evdə içki içilmir) şəxslər əlaqə saxlasın. Maklerlər narahat etməsin.
Elan növü: Otaq yoldaşı
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Orta təmirli
Yerləşmə: Xətai ray., Həzi Aslanov qəs., Həzi Aslanov m/st