Görkəmli yazıçı Ştefan Svayq da daxil olmaqla bir çox yazıçıların rəğbətini qazanmış bu gözəl və təsirli əsər Hessenin gənclik dövrü yaradıcılığının yekun akkordu və zirvəsidir. Öz ailəsindən, evindən, yurdundan didərgin düşən Knulp azadlıq axtarışındadır. Ona qucaq açan, yemək və sığınacaq verən dostlarının evində qonaq qalsa da, bu istiqanlı, sevimli sərgərdan heç bir məkana və ya insana bağlanmır, bundan qətiyyətlə imtina edir. Knulp üçün sərgərdanlıq xoşbəxtlikdir, azadlığın özüdür. Hesse yazırdı ki, “Knulp kimi personajlar faydalı olmasalar da, bəzi “faydalı” insanlardan daha az zərərlidirlər. Bu cür istedadlı və həssas insanlar onları əhatə edən mühitdə bir sığınacaq tapa bilmirlərsə, bunda onun özü qədər mühitin də günahı var”.
Müəllif: Herman Hesse
Nəşriyyat: Parlaq İmzalar
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 136
© libraff.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.