Kombi və su qızdırıcı ustası tələb olunur
Öhdəliklər:
Müxtəlif markalı (DemirDöküm, Alarko, Ariston, Immergas, Baxi və s.) qaz kombilərinin yerində (səyyar) təmiri və diaqnostikası.
Mövsümi texniki xidmətin (TX) göstərilməsi və istilik dəyişdiricilərinin (teploobmennik) yuyulması.
Yeyilmiş/köhnəlmiş hissələrin, datçiklərin, plataların və nasosların dəyişdirilməsi.
Görülmüş işlər üzrə hesabatlılığın aparılması ("əvvəl/sonra" fotoları, görülmüş işlər haqqında akt).
Namizədə dair tələblər:
İş təcrübəsi: Qaz kombilərinin təmiri və texniki xidməti sahəsində 3–5 ildən başlayan praktiki iş təcrübəsi.
Bacarıqlar: Qaz avadanlıqlarının iş prinsiplərini bilmək, xəta kodlarını oxumaq, multimetr və digər alətlərlə diaqnostika apara bilmək qabiliyyəti.
Təminat: Öz peşəkar alətlər dəsti.
Şəxsi keyfiyyətlər: Məsuliyyətlilik, dəqiqlik (punktuallıq), dürüstlük və müştərilərlə nəzakətli ünsiyyət (xidmət standartlarına riayət etmək).
İş şəraiti:
Ödəniş: Görülən işə görə ödəniş olunur, şəffaf sistem — 60% ustaya / 40% şirkətə (hesablama ehtiyat hissələrinin dəyəri çıxıldıqdan sonra sifariş məbləğindən aparılır). Ödənişlər sabit şəkildə həyata keçirilir.
Sifarişlər: Bakı şəhəri üzrə müştərilərdən sifariş axını ilə təmin edirik.
Qrafik: Fərdi qaydada müzakirə olunur (tam iş günü və ya elastik/sərbəst qrafiklə işləmək imkanı).