Prayk
Kommersiya nəzarəti üzrə mütəxəssis — İnşaatçılıq və təmir, Bakı
Negotiable

Kommersiya nəzarəti üzrə mütəxəssis

Copy2 weeks ago
City
Bakı
Date
Views
26
Number
№5188182

Description

Layihə üzrə təqdim olunan BOQ və smeta sənədlərinin texniki və kommersiya baxımından yoxlanılması;Layihə cizgiləri və texniki spesifikasiyalar əsasında iş həcmlərinin düzgünlüyünün təhlil edilməsi;Bazar qiymətlərinin monitorinqi və tətbiq olunan qiymətlərin bazar şərtlərinə uyğunluğunun qiymətləndirilməsi;Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin müqayisəli təhlilinin aparılması;İlkin və detallı smeta hesablamalarının yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;Faktiki xərclərlə təsdiqlənmiş büdcə göstəriciləri arasındakı fərqlərin analiz olunması;Variation Order (VO) dəyişiklikləri üzrə təqdim olunan əlavə iş həcmlərinin və xərclərin yoxlanılması və sənədləşdirilməsinə nəzarət edilməsi;Layihə üzrə ehtimal yekun büdcə, (BAC) ehtimal yekun xərcin (EAC) və mənfəətin hesablanması və aylıq yenilənməsi;Layihə xərclərinin təsdiqlənmiş büdcəyə uyğun monitorinqinin aparılması;Podratçılar tərəfindən təqdim edilən kommersiya iddialarının, Variation Order (VO) və dəyişikliklərin səbəblərinin araşdırılması;Dəyişikliklər üzrə həcmlərin cizgiyə uyğun yoxlanılması, vahid qiymətin təhlili və təsdiqedici sənədlərin yoxlanılması;Bütün iddia və dəyişikliklərin müqavilə şərtlərinə uyğunluğunun və düzgün sənədləşdirilməsinin təmin edilməsi;Xərc artımlarının, iş həcmi dəyişikliklərinin və büdcə aşımı hallarının qarşısını almaq məqsədi ilə tenderə çıxarılan BOQ-ların təhlili və həcmlərinin yoxlanılması. Tələblər: Ali təhsil: İnşaat mühəndisliyi, Tikintinin idarə edilməsi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 3 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı;Kompüter bacarıqları: MS Office, Autocad;Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları. Vakansiya növü: Tam ştat Şirkət: PMD Projects MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pmdprojects/pmdprojects-kommersiya-nezareti-uzre-mutexessis-10318200/apply
ADVERTISEMENT