Prayk
Komplayns və AML departamentinin Komplayns şöbəsinin Mütəxəssisi — Maliyyə, Bakı
Negotiable

Komplayns və AML departamentinin Komplayns şöbəsinin Mütəxəssisi

Verified3 weeks ago
City
Bakı
Category
Finance
Date
Views
24
Number
№5202261

Description

Bankın məhsul və xidmətlərinin yerli qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin, beynəlxalq standartların və Bankdaxili siyasət və prosedurların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və müvafiq rəylərin verilməsi;Tənzimləyici orqanlardan Banka daxil olan müraciət və tələblərin icrası üçün zəruri tədbirlərin görülməsi və icra prosesinin izlənilməsi;Təchizatçıların komplayens baxımından qiymətləndirilməsi üçün zəruri sənədlərin toplanması, məlumatların təhlili və müvafiq yoxlama proseslərinin həyata keçirilməsi;Qanunvericilikdə və tənzimləyici orqanların tələblərində baş verən dəyişikliklərin izlənilməsi, həmin dəyişikliklərin Bankın fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri tələblər barədə Bank əməkdaşlarının vaxtında məlumatlandırılmasının təmin edilməsi;Bankdaxili proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi zamanı qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin və Bankdaxili normativ sənədlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə rəy və təkliflərin verilməsi;Rüşvətxorluq və korrupsiya ilə mübarizə, Maraqlar toqquşması və digər əlaqəli Komplayens üzrə Bankdaxili siyasət və prosedurların Bankda tətbiqinin təmin edilməsi;Maraq toqquşması hallarının müəyyən edilməsi, müvafiq risklərin qiymətləndirilməsi və bu risklərin idarə edilməsi üzrə nəzarətin qurulması;Bankdaxili proseslərin qanunvericiliyin, tənzimləyici orqanların tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq hesabatların hazırlanması;Bankın struktur bölmələrinin fəaliyyətnin Komplayens tələblərinə uyğunluğunun davamlı monitorinqinin həyata keçirilməsi;İş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların atılması;Komplayens funksiyasının fəaliyyətinin təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;Biznes mərkəzlərindən və digər aidiyyəti struktur bölmələrdən daxil olan Komplayens məsələləri üzrə sorğuların cavablandırılması və müvafiq dəstəyin göstərilməsi;Komplayens məsələləri üzrə təlimlərin təşkili və keçirilməsi;Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası. Tələblər: Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir);Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması);Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;Xarici dillər: İngilis (səlis), rus (işlək);Kompüter bilikləri: Microsoft Office;Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli yerli qanunvericilik, Mərkəzi Bankın normativ hüquqi aktları, Banklarda Korporativ İdarəetmə Standartları və digər aidiyyəti qanunvericilik və tələblər üzrə geniş biliklər. Vakansiya növü: Tam ştat Şirkət: PASHA Bank Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pashabank/pashabank-komplayns-ve-aml-departamentinin-komplayns-sobesinin-mutexessisi-88324313/apply
ADVERTISEMENT