Prayk

Korporativ işlər üzrə aparıcı hüquqşünas

Negotiable
Verified1 weeks ago
Category
Law
Date
Views
8
Number
№5552469

Description

Namizədə olan tələblər: Ali təhsil(Hüquq); Korporativ hüquq, müqavilə hüququ və ya maliyyə sektorunun hüquqi müşayiəti sahəsində minimum 3 il iş təcrübəsi; Bank və lizinq şirkətlərində hüquqi iş təcrübəsi arzu olunandır; Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə; MS Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı. Vəzifə öhdəlikləri: Lizinq, kredit, xidmət, əməkdaşlıq və digər mülki-hüquqi müqavilələrin, əlavə sazişlərin və hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının aparılması; Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərin araşdırılması, qanunvericiliyin tətbiqi üzrə əsaslandırılmış yazılı hüquqi rəylərin hazırlanması; Müqavilə və əməliyyat modelləri üzrə hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üçün alternativ həll variantlarının təqdim edilməsi; Lizinq fəaliyyəti, bank olmayan kredit təşkilatları və maliyyə sektoru ilə bağlı hüquqi məsələlərin təhlili; Səhmdarların ümumi yığıncağının, idarəetmə orqanlarının qərarlarının, protokollarının və digər korporativ sənədlərin hazırlanması; Nizamnamələrin, daxili qaydaların, prosedurların, əsasnamələrin və digər daxili normativ sənədlərin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi; Şirkətin struktur bölmələrindən daxil olan hüquqi sorğuların araşdırılması, hüquqi mövqenin və müvafiq tövsiyələrin formalaşdırılması; Yeni məhsulların, biznes proseslərinin və əməkdaşlıq modellərinin hüquqi baxımdan qiymətləndirilməsi; Korporativ dəyişikliklər, dövlət qeydiyyatı və digər hüquqi rəsmiləşdirmə proseslərinin hüquqi müşayiəti; Dövlət orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər aidiyyəti qurumlarla hüquqi məsələlər üzrə yazışmaların və müraciətlərin hazırlanması; Lizinq, bank və bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklərin izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin təhlili və zəruri tədbirlərlə bağlı təkliflərin hazırlanması; Müqavilələrdə və digər hüquqi sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin hazırlanması; Hüquqi tapşırıqların icra vəziyyətinin izlənilməsi və görülmüş işlər barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi; Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər hüquqi tapşırıqların yerinə yetirilməsi. İş şərtlərimiz: İş qrafiki: 5 günlük; İş saatları: 08:30-17:30. İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 03.12.2026

© Prior Leasing jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp