Prayk

Korporativ işlər üzrə aparıcı hüquqşünas

Negotiable
VerifiedYesterday
Category
Law
Date
Views
8
Number
№6058186

Description

Namizədə olan tələblər: Ali təhsil(Hüquq); Korporativ və kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının əsas normativ-hüquqi aktları, o cümlədən Mülki, İnzibati Xətalar, Əmək və Vergi məcəllələri, habelə müvafiq qanunvericilik üzrə dərin biliklər; Hüquqi audit, compliance və ya proseslərin standartlaşdırılması layihələrində iştirak təcrübəsi üstünlük hesab olunur; Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə; Azərbaycan dili – mükəmməl (şifahi və yazılı hüquqi sənədləşmə); İngilis dili – peşəkar səviyyədə (müqavilələrin hazırlanması, yazışma və danışıqlar), Rus dili – üstünlük hesab olunur. MS Office (Word, Excel), Bitrix24 və ya analoji task/CRM sistemlərində sərbəst işləmək; legal tech və süni intellekt alətlərindən istifadə təcrübəsi üstünlük hesab olunur. Vəzifə öhdəlikləri: Təhkim olunmuş törəmə şirkətlərin rəhbərliyi və struktur bölmələrindən daxil olan korporativ və kommersiya-hüquqi sorğuların qəbulu, prioritetləşdirilməsi və müəyyən olunmuş müddətlərdə icrası; Standart sorğuların müstəqil bağlanması; mürəkkəb, yüksək riskli və ya konfidensial məsələlərin ilkin hüquqi təhlillə birlikdə şöbə rəhbərinə eskalasiyası; Təchizat, distribusiya, podrat, xidmət, icarə, alqı-satqı, logistika, IT və digər müqavilələrin, əlavə sazişlərin hazırlanması, hüquqi ekspertizası və redaktəsi; Yerli və xarici kontragentlərlə danışıqlarda iştirak və şirkətin hüquqi mövqeyinin müdafiəsi; Qrupdaxili əqdlərin və xidmət müqavilələrinin rəsmiləşdirilməsi; Etibarnamələrin, rəsmi məktubların, pretenziyaların və dövlət orqanlarına müraciətlərin hazırlanması; Səhmdarların (təsisçilərin) ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti qərarlarının, gündəliklərin və protokolların hazırlanması; Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinə dəyişikliklərin hazırlanması, onların dövlət qeydiyyatının təmin edilməsi; Holdinq üzrə vahid korporativ reyestrin (hüquqi şəxslər, nizamnamələr, səhmdar qərarları, etibarnamələr, idarəetmə orqanlarının səlahiyyət müddətləri) aktual saxlanması; Daxili normativ aktların (əsasnamə, siyasət, prosedur) hazırlanması və hüquqi ekspertizası; Standart müqavilə şablonlarının, playbook-ların, checklist-lərin və sorğu qəbulu (intake) qaydalarının hazırlanması və törəmə şirkətlərdə tətbiqi; Hüquq şöbəsinin xidmət kataloqu, xidmət müddətləri (SLA) və hesabatlılıq modelinin tətbiqində iştirak; Hüquqi auditlər: əvvəlki auditlərin tapıntılarının bağlanması, sağlamlaşdırma planlarının icrasına nəzarət, yeni auditlərin keçirilməsində iştirak; Qanunvericilik dəyişikliklərinin izlənilməsi, onların törəmə şirkətlərin fəaliyyətinə təsirinin təhlili və təkliflərin hazırlanması; Maliyyə, HR, logistika, satınalma və digər bölmələrlə qrupdaxili əməliyyatlar və korporativ dəyişikliklər üzrə koordinasiya; Yeni holdinq siyasətlərinin və hüquqi qaydaların törəmə şirkətlərə izah edilməsi, qısa təlimlərin keçirilməsi; Kənar hüquq məsləhətçiləri cəlb edildikdə işin koordinasiyası; Şöbə rəhbərinin tapşırığı ilə onun olmadığı müddətdə korporativ istiqamət üzrə cari işlərin icrasının təmin edilməsi. İş şərtlərimiz: İş qrafiki: 5 günlük; İş saatları: 08:30-17:30. İş yeri: Port Baku Tower 2. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri və ya https://careers.ram.az/?vacancy=2686&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 16.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/ram-holding-korporativ-isler-uzre-aparici-huquqsunas-156260
ADVERTISEMENT