
Bakı6
Korporativ satış meneceri
Korporativ satış meneceri
600 ₼
Verified1 months ago
Description
Glorium Travel Group korporativ müştərilərlə işləmək, yeni şirkətlər cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq üçün Korporativ satış meneceri axtarır.
Namizədin əsas vəzifəsi potensial korporativ müştərilərin müəyyən edilməsi, şirkətlərin aidiyyəti şəxsləri ilə əlaqələrin qurulması, görüşlərin təşkil edilməsi və Glorium Travel Group-un korporativ turizm xidmətlərinin təqdim olunmasıdır.
Biz təklif edirik:
Rəsmi əmək müqaviləsi;
Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Böyük və tanınmış şirkətlərlə işləmək imkanı;
Dinamik və inkişaf edən iş mühiti.
Bu vəzifədə əsas göstərici sadəcə zənglərin sayı deyil, yeni korporativ müştərilərin cəlb olunması, görüşlərin keçirilməsi və real əməkdaşlıq müqavilələrinin bağlanmasıdır
Diqqət! Yalnız @mail ünvanına göndərilən CV-lər nəzərdən keçirələcək.
Tələblər:
B2B və ya korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür;
Yeni müştərilərin aktiv axtarışı və satış bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Nəticəyönümlü və məsuliyyətli olmaq;
Azərbaycan dilində sərbəst danışıq;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramlarından istifadə bacarığı;
Turizm sektorunda iş təcrübəsi üstünlük hesab olunur, lakin mütləq tələb deyil.
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi;
Şirkətlərin satınalma, HR, inzibati və digər məsul şəxsləri ilə əlaqə yaradılması;
Telefon, e-mail, LinkedIn və digər kanallar vasitəsilə potensial müştərilərlə ilkin əlaqənin qurulması;
Korporativ müştərilərlə görüşlərin təyin edilməsi və keçirilməsi;
Şirkətin aviabilet, otel, transfer, işgüzar səfərlər, tur paketləri və digər turizm xidmətlərinin təqdim edilməsi;
Müştərinin ehtiyaclarının müəyyən olunması və uyğun kommersiya təklifinin hazırlanması;
Qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
Müqavilələrin hazırlanması və imzalanmasına qədər satış prosesinin idarə olunması;
Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
Satış planı və KPI-ların yerinə yetirilməsi;
Görülən işlər və nəticələr üzrə rəhbərliyə hesabat təqdim olunması.
Maaş: 600-5000 AZN
Yaş: 24-35
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Listing source
Open the original listing© "GLORIUM TRAVEL GROUP" Mahdud Masuliyyatli Camiyyati boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT








