
10
Korporativ satış üzrə mütəxəssis
Korporativ satış üzrə mütəxəssis
Negotiable
Verified1 weeks ago
Date
Views10
Number№3824859
Description
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil ( Biznesin idarə olunması, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə);
Dil bilikləri- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
Minimum 1-2 il iş təcrübəsi (Sığorta və ya Bank sahəsində );
Kompüter bilikləri: MS Office proqram bilikləri;
Satış üzrə təlimlərdə və seminarlarda iştirak üstünlükdür;
Satış texnikaları, analitik düşüncə və hesabatlılıq bacarığı.
İş haqqında məlumat:
Potensial korporativ müştəriləri müəyyən etmək və onlarla ilk ünsiyyəti qurmaq;
Şirkətin sığorta məhsullarının təqdimatını keçirmək və satış prosesini icra etmək;
Mövcud korporativ müştərilərlə əlaqələri saxlamaq və onların ehtiyaclarına uyğun yeni həllər təklif etmək;
Müştəri ehtiyaclarına uyğun kommersiya təkliflərinin və müqavilələrin hazırlanması;
Satış fəaliyyəti və bazar araşdırmaları barədə rəhbərliyə mütəmadi hesabat vermək.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 05.11.2026
Listing source
Open the original listing© Xalq Sığorta jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT












