Prayk
Korporativ satış üzrə mütəxəssis — Satış, Bakı
1 500 ₼

Korporativ satış üzrə mütəxəssis

VerifiedToday
City
Bakı
Category
Sales
Date
Views
1
Number
№4076640

Description

İş haqqında məlumat: İş yeri - Bakı şəhəriƏmək haqqı - 1 500 AZN-dən başlayaraqŞirkətimiz xarici bazarlarda satış fəaliyyətinin genişləndirilməsi, yeni ölkə və regionlarda müştəri portfelinin formalaşdırılması məqsədilə Beynəlxalq satış üzrə menecer / mütəxəssis vəzifəsinə peşəkar, təşəbbüskar və nəticəyönümlü əməkdaş axtarır.Vəzifə öhdəlikləriŞirkətin məhsullarının xarici bazarlarda satışının təşkili və inkişaf etdirilməsi;Yeni ölkə və regionlar üzrə perspektivli satış bazarlarının araşdırılması və potensialın qiymətləndirilməsi;Müxtəlif ölkələrdə potensial distribütor, diler, idxalçı, topdansatış şirkətləri və digər B2B müştərilərin müəyyən edilməsi və onlarla ilkin əlaqələrin qurulması;Yeni xarici müştərilərin aktiv şəkildə axtarılması, cəlb edilməsi və uzunmüddətli əməkdaşlığa çevrilməsi;Mövcud xarici müştərilərlə işgüzar münasibətlərin qorunması və satış həcminin artırılması;Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi və onlara uyğun məhsul və kommersiya təkliflərinin hazırlanması;Xarici tərəfdaşlarla ingilis və rus dillərində yazılı və şifahi işgüzar danışıqların aparılması;Qiymət, ödəniş şərtləri, çatdırılma şərtləri, sifariş həcmi və digər kommersiya məsələləri üzrə danışıqların aparılması;Kommersiya təkliflərinin, təqdimatların və digər satış materiallarının hazırlanması və müştərilərə təqdim edilməsi;Satış prosesinin ilkin müraciətdən sifarişin təsdiqlənməsinə və müqavilənin bağlanmasına qədər idarə olunması;Beynəlxalq bazarlarda rəqiblərin, qiymətlərin, məhsulların və bazar tendensiyalarının mütəmadi təhlil edilməsi;Ölkələr üzrə bazara giriş imkanlarının, satış kanallarının və potensial tərəfdaşların araşdırılması;Müştəri bazasının və satış imkanlarının (sales pipeline) sistemli şəkildə idarə olunması;Müştərilərlə aparılan danışıqların, göndərilən təkliflərin və satış nəticələrinin mütəmadi izlənilməsi;Satış planlarının və müəyyən edilmiş aylıq/rüblük hədəflərin yerinə yetirilməsi;Satış göstəriciləri, yeni müştərilər, aktiv danışıqlar və perspektiv bazarlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;Şirkətin məhsullarının xarici bazarlarda tanıdılması və brend mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərilməsi;Beynəlxalq sərgi, konfrans və B2B görüşlərdə şirkətin təmsil olunması, yeni biznes əlaqələrinin qurulması;Satış prosesində logistika, ixrac, maliyyə və digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək;Müştəri məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı kommersiya münasibətlərinin davamlı şəkildə idarə olunması. Tələblər: Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək - hər üç dildə danışıq, yazı, oxu və anlama bacarığı mütləqdir;Beynəlxalq satış və xarici bazarlarla işləmək üzrə bilik və təcrübə;Beynəlxalq iqtisadiyyat, xarici ticarət və ixrac prosesləri haqqında biliklərin olması;Ölkələr, regionlar və beynəlxalq bazarlar üzrə yaxşı coğrafi biliklər;B2B satış və yeni müştərilərin cəlb edilməsi bacarığı;Bazar və rəqib analizi aparmaq bacarığı;Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;Analitik düşüncə və kommersiya yanaşması;Müstəqil işləmək, təşəbbüs göstərmək və satış nəticəsinə fokuslanmaq bacarığı;MS Office proqramlarından sərbəst istifadə. Maaş: 1500 ₼ Son müraciət: 21/10/2026