
Bakı3
Korporativ satış və biznesin inkişafı üzrə menecer
Korporativ satış və biznesin inkişafı üzrə menecer
600 ₼
VerifiedToday
Description
GENS Elektrik / Magru Construction
Biz şirkətimizin korporativ müştəri bazasını genişləndirəcək, yeni əməkdaşlıq imkanları yaradacaq və satış həcminin artırılmasına töhfə verəcək təşəbbüskar, aktiv və nəticəyönümlü əməkdaş axtarırıq.
İş şəraiti
İş qrafiki: Tam iş günü
İş saatları: 09:00–18:00
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 185
Aylıq sabit əməkhaqqı: 600–800 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir)
Təklif edirik
Yüksək satış nəticələrinə əsaslanan yüksək bonus sistemi və əlavə qazanc imkanı;
Satış göstəricilərinə uyğun artan motivasiya sistemi;
Nəqliyyat və korporativ mobil telefon xərcləri şirkət tərəfindən qarşılanır;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanları.
Öhdəliklər
Yeni korporativ müştərilərin axtarışı, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
Tikinti şirkətləri, podratçılar və digər korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Potensial müştərilərlə görüşlərin təşkili və şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması;
Şirkətin satış strategiyasına uyğun olaraq müəyyən edilmiş satış planlarının yerinə yetirilməsi;
Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına və sifarişin tamamlanmasına qədər idarə edilməsi;
Mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi və təkrar satışların artırılması;
Müştəri sifarişlərinin izlənilməsi və aidiyyəti şöbələrlə koordinasiyası;
Satış nəticələrinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Xanım və bəy namizədlər;
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
Korporativ satış (B2B) sahəsində praktiki təcrübə;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı;
Yeni müştərilərin müstəqil şəkildə axtarılması və cəlb edilməsi bacarığı;
Satış texnikaları, danışıqların aparılması və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi bacarığı;
Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;
Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;
Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı;
Peşəkar inkişafa və yeniliklərə açıq olmaq.
Müraciət qaydası
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208218/korporativ-satis-ve-biznesin-inkisafi-uzre-menecer
ADVERTISEMENT




