Safa Cake komandamıza korporativ satış sahəsində təcrübəli, aktiv müştəri əlaqələri olan və yeni biznes imkanları yaratmağı bacaran peşəkar əməkdaş axtarırıq.
Əsas məqsəd: Şirkətlər, banklar, otellər, biznes mərkəzləri və digər korporativ müştərilərlə əməkdaşlıqlar qurmaq, Safa Cake-in korporativ satış istiqamətini inkişaf etdirmək.
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin cəlb edilməsi;
Böyük və orta şirkətlərlə işgüzar görüşlərin keçirilməsi;
Şirkətlərin HR, satınalma və inzibati şöbələri ilə əməkdaşlıq əlaqələrinin qurulması;
Safa Cake məhsullarının və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;
Gündəlik və müntəzəm şirniyyat, tort və desert sifarişlərinin əldə edilməsi;
Korporativ hədiyyə qutularının satışının təşkili;
Yeni il, Novruz, 8 Mart və digər xüsusi günlər üçün korporativ satışların inkişaf etdirilməsi;
Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
Müştəri bazasının yaradılması və idarə edilməsi;
Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
Satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması.
Namizədə tələblər
B2B və korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
Hazır korporativ müştəri əlaqələrinin və işgüzar əlaqələr şəbəkəsinin olması;
Yeni müştərilər cəlb etmək və satış bağlamaq bacarığı;
Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
Danışıqlar aparmaq və kommersiya təklifləri hazırlamaq bacarığı;
Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;
MS Office və CRM sistemləri ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili bilikləri üstünlükdür.
İş şəraiti və təklifimiz
İş yeri: Bakı şəhəri;
İş rejimi: Tam iş günü;
Sabit əməkhaqqı: 1 000 AZN;
Satış nəticələrinə uyğun əlavə bonus və komissiya;
Peşəkar və inkişaf edən şirkətdə karyera imkanları.
Üstünlük veriləcək namizədlər
Otelçilik, catering, FMCG, qida istehsalı, distribütorluq və korporativ satış sahələrində çalışmış, şirkətlərlə hazır əlaqələri olan namizədlərə üstünlük veriləcək.
CV-nizi və korporativ satış sahəsində əvvəlki iş təcrübəniz və əldə etdiyiniz nəticələr barədə qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 27.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/safa-cake-korporativ-satis-ve-emekdasliqlar-uzre-menecer-157109