
2
Kredit şöbəsinin kiçik mütəxəssisi

Negotiable
Kredit şöbəsinin kiçik mütəxəssisi
VerifiedToday
Date
Views2
Number№5672475
Description
Vəzifə öhdəlikləri:
BOKT-un kredit məhsulları haqqında müştərilərə dolğun və dəqiq məlumat vermək
Daxil olan kredit müraciətlərini qəbul etmək, ilkin qiymətləndirmə və təhlil aparmaq
Kredit sənədləşmə prosesini həyata keçirmək
Kredit portfelini keyfiyyətli şəkildə formalaşdırmaq və idarə etmək
İdarə olunan portfelə dair hesabatlar, həmçinin ümumi hesabatlar təqdim etmək
Namizəddən tələblər:
Ali təhsil
Yaş: 20 - 35
Analitik düşüncə və hesablama aparma bacarığı
Müştərilərlə peşəkar ünsiyyət qurmaq, xidmət keyfiyyətini və müştəri məmnuniyyətini təmin etmək bacarığı
Komanda ilə işləmək və yüksək səviyyədə kommunikasiya qurmaq bacarığı
Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili arzuolunandır)
İşində dəqiq, məsuliyyətli və təşəbbüskar olmaq
Müvafiq sahə üzrə iş təcrübəsi mütləq deyil
İş haqqında məlumat:
BOKT “Forfinance” MMC
6 günlük iş qrafiki
İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Vəzifə üzrə əmək haqqı: əməkhaqqı və əlavə olaraq mükafat
Ünvan: Bakı, Nərimanov ray., A.M.Cümə küçəsi, 46B
Tələblərə uyğun olan namizədlərdən CV formalarını mövzu hissəsində “Kredit üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 06.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/bokt-forfinance-mmc-kredit-sobesinin-kicik-mutexessisi-155694
ADVERTISEMENT










