Gəncləşdirici krem 30 yaşdan yuxarı göz ətrafı dərisinin qayğısına qalmaq üçün nəzərdə tutulmuşdur. Aktiv komponentlərin tərkibi sayəsində krem, gözəlliyin və gəncliyin qorunmasına kömək edir, dərinin hüceyrələrini xarici mühitin mənfi təsirlərindən və vaxtsız qocalmadan qoruyur. İstifadə etdikcə dəri elastik, möhkəm və yaxşı nəmləndirilmiş olur, sağlam, bərabər rəng alır, qırışların dərinliyi və miqdarı azalır. Aktiv komponentlər: Jenşen ekstraktı toxumaları möhkəmləndirici və stimullaşdırıcı xüsusiyyətlərə malikdir, epidermisin regenerasiyasını sürətləndirir, dərinin tonusunu bərpa etməyə kömək edir, dərinin qocalma proseslərini ləngidir. Exinasia ekstraktı — təbii Anti-Age komponentidir. Avokado yağı dərini qidalandırır, regenerasiya edir və elastikliyini artırır. Zeytun yağı mükəmməl yumşaldıcı və qidalandırıcı xüsusiyyətlərə malikdir, dərinin hidrolipid maneəsini effektiv şəkildə bərpa edir. Vitamin A dərinin hüceyrələrində maddələr mübadiləsini sürətləndirir və gücləndirir, hüceyrələrin yenilənməsinə kömək edir, qabıqlanma və artıq quruğu aradan qaldırır, epidermisin strukturunu yaxşılaşdırır. Vitamin E (gənclik vitamini) — təbii antioksidant, qoruyucu təsir göstərir (hüceyrələri UV işığından və ətraf mühitin çirklənməsindən yaranan zərərlərdən qoruyur), dərinin hamarlığını təmin edir və nəmi saxlama qabiliyyətini artırır. Vaxtsız qocalmanın qarşısını alır. İstifadə qaydası: hər gün səhər və axşam az miqdarda kremi nazik təbəqə ilə göz ətrafı dərisinə çəkin. Tərkibi: Aqua, Caprylic/Capric Triglyceride, Isopropyl Myristate, Cetearyl Alcohol, Glyceryl Stearate, Olea Europaea (Olive) Oil, Propylene Glycol, Ginseng, Persea Gratissima Oil, Echinacea Purpurea Extract, Tocopheryl Acetate, Retinyl Palmitate, Sodium Polyacrylate, Cуclopentasiloxane, Phenoxyethanol, Methylparaben, Propylparaben, Methylisothiazolinone, Parfum, Butylphenyl Methylpropional, Citronellol, Linalool, Benzyl Salicylate, Amyl Cinnamal, Geraniol.
© birmarket.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.